Fateh Sultan Mehmet haqqında

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 5 766
Səs ver:
(səs: 7)
Fateh Sultan II Mehmet hərbi qələbələri və siyasi dühası ilə Osmanlı imperiyasını gücləndirdi. Osmanlı dövləti 300 il ərzində Avropanın və Asiyanın ən qüdrətli dövlətlərindən biri oldu və bu təbii ki, bu Fateh Sultanın təməlini qoyduğu böyük yüksəlişin nəticəsi idi.
Budan başqa o, dövrün ən savadlı şəxsiyyətlərindən biri idi. Uşaqlıq illərində Məhmədin müəllimləri ondan çox şikayətçi olmuşdu. Buna görə də atası Sultan Murad oğlunun tərbiyəsi üçün dövrünün böyük üləması Molla Giraniyə bir dəyənək vermiş, lazım gələrsə, Məhmədi bu dəyənəklə döyməyi əmr etmişdi. Buna baxmayaraq Məhməd elmə birinci dəfə taxtdan enməsindən sonra maraq göstərmiş və Giranidən bütün elmləri öyrənmişdi. II Mehmed 7 dil bilirdi və müəllimləri içində xristian alimlər də vardı. Sultan Məhməd latın qrafikasını bilən ilk Osmanlı sultanıdır. Onun rəssamlığa və şairliyə böyük həvəsi vardı. Şerlərini «Avni» imzası ilə yazırdı. Hazırda Topqapı muzeyində rəsmləri və latın qrafikasında yazdığı şerlərin qaralamaları sərgilənməkdədir. Bundan başqa Fateh gözəl mühəndisdi, o özü top və körpü layihələri hazırlayır və onları inşa etdirdi. Rum eli divarının da Fatehin layihəsi əsasında inşa edildiyi bildirilir.
Fateh Sultan Məhməd həmçinin dövrünün ən böyük islam alimlərindən biri hesab olunurdu. Onun irfani elmə bələdliyi dövrünün ən böyük islam və xristian dini liderlərinin savadından geri qalmırdı. Çoxlu sayda məktəblər açdırmış, getdiyi yerlərdə məscidlər inşa etmişdi. Dövlətin idarə olunması üçün «Qanunnamə» hazırlamışdı.
Fatehin uzun boylu, dolu yanaqlı, qırmızı-ağ rəngli, qartal burunlu, uzun qollu birisi olduğu bildirilir. Çox böyük sərkərdə və strateq idi. Savaşlara birbaşa özü rəhbərlik edirdi. 30 illik səltənəti zamanında 25 səfərdə olmuşdu. Bütün savaşlarını qalibiyyətlə başa vurmuşdu. Atasından aldığı 900 000 kvadrat kilometrlik ərazini 2.214.000 kvadrat kilometrə çatdırmışdı. Hakimiyyəti boyunca ona 14 sui-qəsd edilmişdi. Babingerin yazdığına görə venetsiyalıların hazırladıqları sonuncu sui-qəsddən qurtula bilməmişdi. Öz doktoru Yaqub Paşa tərəfindən məlum olmayan zəhər axırına çıxmışdı.
Öləndə 49 yaşı vardı. 30 mart 1432-ci ildə doğulmuşdu. Anasının yəhudi əsilli olduğu güman edilən kölə qız Huma Xatundu. Sultan Muradın 4-cü oğlu idi. Özündən böyük iki qardaşı o hələ uşaqkən vəfat etmişdi. 7-ci Osmanlı sultanı idi.
(səs: 7)
Şərhlər: 2
Baxılıb: 5 766
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri