Kianu Rivz: Burada insanlar məhəbbət barədə unudub

Müəllif: Fialka
Şərhlər: 1
Baxılıb: 2 124
Səs ver:
(səs: 0)
Tanınmış aktyor Kianu Rivz onu narahat edən problemlərdən danışıb. Əslində, buna adi narahatlıq da demək olmaz. Bu, əsl qəlb üsyanıdır... Aktyorun fikirləri ilə tanış olduqdan sonra kədərlənməmək mümkün deyil!
 
Mən həyat yoldaşlarının yüngül əxlaqlı qadınlar kimi geyinməsinə razı olan kişilərin yaşadığı dünyanın bir hissəsi olmaq istəmirəm. Qadının gizli tərəfləri də qalmalıdır...
 
Şərəf və ləyaqət anlayışının olmadığı bir dövrdə insanların yalnız "söz verirəm" fikrinə  istinad etmək olar.
 
Bu dünyada qadınlar ana olmaq, kişilər isə ailə qurmaq istəmir.
 
Burada uşaqlar atasının maşınlarının sükanı arxasında özlərini uğurlu insan hesab edir, var-dövlət qazanmaq istəyən digər qrup isə sizə heç kim olduğunuzu sübut etməyə çalışır.
 
Burada öz dini barədə heç bir anlayışı olmayan insanlar əlinə bir qədəh spirtli içki alıb, riyakarcasına Tanrıya inandıqlarını bildirir.
 
Bu dünyada qısqanclıq anlayışı eyib, təvazökarlıq isə çatışmazlıq sayılır.
 
Burada insanlar məhəbbət barədə unudub və ən yaxşı halda, yalnız tərəf-müqabili axtarırlar.
 
İnsanlar vaxtını və pulunu əsirgəmədən, maşınlarını hər xışıltıya görə təmir edir, özləri isə o qədər miskin görünür ki, bunu yalnız bahalı maşın gizlədə bilər.
 
Bu dünyada oğlanlar valideynlərinin pulunu gecə klublarında içkiyə xərcləyir, bəsit səslər altında əzilib-büzülüb rəqs edirlər. Qızlar isə oğlanları bu keyfiyyətlərinə görə sevir.
 
İndi K və Q çoxdan fərqlənmir və bütün bunlar seçim azadlığı adlanır. Amma başqa yol seçənlər geridə qalmış zalımlara lənət oxuyurlar.
 
Mən öz yolumu seçirəm, ancaq təəssüf ki, insanlarda ən çox axtardığım eyni anlayışı hələ də tapa bilməmişəm...
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri