Uilyam
(Billi) Stenli Milliqan 1955-ci ildə Mayami-Biçdə anadan olub və bir
müddət sonra bütün psixiatriya haqqındakı kitablara düşmüşdür.
Billi
Milliqanın daxilində kənardakı insanların fərqləndirə biləcəyi 24
şəxsiyyətin xüsusiyyətləri cəmləşmişdi. Hər bir ayrı şəxsiyyət özünün
unikal həyatı ilə yaşayırdı, sanki bir bədəndə bir neçə fərqli insan
vardı.
1970-ci
ilin sonunda Billi Milliqan ABŞ-ın Oqayo ştatında tanınmış məhkəmə
işində adı hallanmışdı, bir neçə soyğunçuluq və 3 cinsi zorakılıq
hadisəsində ittiham olunmuşdu, lakin, özünün psixi pozğunluğu faktının
obyektiv şəkildə sübüta yetirilməsindən sonra psixiatrik nəzarətə
alınmışdı.
Billi
Milliqanın 24 şəxsiyyətinin xüsusiyyətlərindən yalnız 10-u üzdə olurdu,
qalanları isə müxtəlif əxlaqsız davranışlar səbəbindən qarşısı sərt
şəkildə alınırdı. Həkimlər və alimlər Billi Milliqanın "aləmindəki
şəxsiyyətlər” ilə çətinliklə də olsa tanış ola bilmişdilər:
*
Birinci və əsas şəxsiyyət - Bu Billinin özüdür, hansı ki, daima özünə
qəsd etməyə çalışır. Boyu – 183 sm., çəkisi – 86 kq., saçlarının rəngi –
şabalıdı. 16 yaşında olanda o, özünü damdan atmağa çalışmışdı, lakin
içindəki digər "şəxsiyyətlər” buna imkan verməmiş və onu 6 il "yuxuya”
salmışlar, yalnız nadir hallarda onu "üzə çıxmağa” icazə verirdilər. Hər
belə "üzə çıxış” Billi üçün əsl şok idi, çünki o, özünü ölmüş hesab
edirdi; qorxudan əlinin altındakı istənilən alətlə özünə qəsd etməyə
çalışırdı.
*
Artur – 22 yaş. Nəfis xarakterli, təhsilli, düzgün təfəkkürlü,
düşüncəli ingilis adam. İngiltərə aksenti ilə danışır. Vaxtının çox
hissəsini kitabxanada keçirir. Hemotologiya yönümlü tibb və elmdə
mütəxəssisdir. Ərəbcə sərbəst yazır və oxuyur. Milliqanın bədənində tək
olmadığını müəyyən edə bilmişdir. Bədənin digər "üzvləri” üçün davranış
qaydalarını müəyyən etmişdir. Eynək taxır.
*
Reycen Vadaskovinich, 23 yaşı var. Yuqoslaviyalı olub, ingiliscə
danışıqda nisbi slovyan aksenti ilə danışır. Serb-xorvat dilində yazır
və oxuyur. Çəkisi — 95 kq-dir. İri və güclü əlləri, uzun qara saçları və
sallanan bığları var. Daltonik olması səbəbilə ağ-qara rəsmlər çəkir.
Mahir nişancıdır, karate ustasıdır və özündəki adrenalini idarə edə
bilməsi səbəbilə qeyri-adi gücünü qoruyub saxlaya bilir. Reycenin zəif
cəhətləri – qadınlar və uşaqlardır, yemək və əşya oğurlamaq lazım gəlsə
belə onlara tərəddüd etmədən köməklik edir. Billi Milliqan həbsxanaya
düşən zaman daxilindəki Reycen ona yardım edirdi.
*
Allen – 18 yaş. Fırıldaqçı, manipulyator və əla danışıq qabiliyyəti
vardı. Balaban çala bilir və portret çəkə bilirdi. Boyu Billinin boyu
boyda olsa da, çəkisi onun çəkisindən azdır – 75 kq… Saçlarını sağdan
başlayaraq darayır. Digərlərindən fərqli olaraq siqaret çəkir və sağ əl
ilə iş görür. * Tommi – 16 yaş. Həbsdən qaçmaq üzrə ustaddır. Elektrik
işlərini özü müstəqil olaraq öyrənmiş, elektrik və mexaniki qurğuların
işləmə prinsipini mənimsəmişdir və istənilən qıfılı aça bilir. Öz əzələ
və əzələ bağlarını idarəetməyi öyrənmiş və qandallardan qurtulmağın
yolunu mənimsəmişdir. Saksafonda ifa edə bilir və mənzərə rəsmləri
çəkir. Aqressivdir, ünsiyyətcil deyil. Açıq-qəhvəyi saç və tünd kəhrəba
rəngli gözləri var.
*
Denni – 14 yaş. İnsanlardan qorxur, xüsusən kişilərdən. "Atalığı bir
zamanlar” yalnız nəfəs almaq üçün yer saxlayaraq, onu diri-diri torpağa
basırdığı üçün, torpağın istənilən formasında qorxur. Çiyininə qədər
saçları, mavi gözləri və arıq bədən quruluşu var.
*
Devid – 8 yaş. Çox həssas və kövrəkdir, lakin səhlənkardır. Vaxtının
çox hissəsini nə üçün cəzalandırıldığını bilmədiyi üçün çaşqınlıq içində
keçirdir.
Saçları tünd qəhvəyi-qırmızı, gözləri mavi və hündür olmayan boyu vardır.
*
Kristin – 3 yaş. Küncə qoyulası uşaq obrazındadır. Səbəb isə odur ki,
məktəbdə və evdə küncə qoyulurdu. Danışıq qüsurunun olmasına baxmayaraq,
çap hərfləri ilə yazıb-oxuya bilən təfəkkürlü balaca ingilis qızıdır.
Rənglərlə və kəpənəklərlə rəsm çəkib rəngləməyi xoşlayır. Gözləri mavi
rəngli, çiyninə qədər uzanan açıq rəngli saçları var. Milliqan
vücudundakı şəxsiyyətlərin "sevimlisidir”.
*
Kristofer – 13 yaş. Kristinin qardaşıdır. İngiltərə aksenti ilə
danışır. Sözəbaxan olmağına baxmayaraq, dəcəl uşaqdır. Dodaq qarmonunda
ifa edə bilir. Saçlarının rəngi Kristindəki kimi açıq palıdıdır, lakin
saçın qabağı qısadır.
*
Adalana – 19 yaş. Lesbiyandır. Utancaq və özünə qapanıqdır, şer yazır,
Milliqanın bədənindəki digər şəxsiyyətlərin əvəzinə yemək hazırlayır və
ev təsərrüfatı ilə məşğul olur. Düz, uzun qara saçları var. Xəstəliyi
səbəbindən gözlərinin özündən asılı olmayaraq kənarlara qaçmasına görə
Adalanaya "Oynayan gözlər” deyirlər.
Afinadakı
Psixoloji sağlamlıq mərkəzində müalicə kursu alan zaman Billi
Milliqanın bədəninin şəxsiyyətlərini birləşdirən 24-cü bədən "üzvü” –
"Müəllim” şəxsiyyəti özünü açıq şəkildə göstərdi. 1991-ci ildə 10 illik
intensiv müalicədən sonra Billi Milliqan "məqsədə istiqamətləndirilmiş”
hesab edilərək azadlığa buraxılmışdır. Onu Proqramlaşdırma, Fiziki və
Riyaziyyat maraqlandırırdı. 1991-cu ildə Billi "Harsesis” adlı geniş
ünsiyyət imkanlarına malik olan süni intellekt proqramını yazmış və
çoxlu sayda internet saytları yaratmışdır.
Hal-hazırda
58 yaşlı Billi Milliqan Uşaq Hüquqlarının Müdafiəsi birliyində çalışır,
zərər çəkmiş uşaqların iddialarının sığorta şirkətlərində təmin
olunması üzrə danışıqlar aparır. Həbsdə olan savadsız insanları
konsultasiya edir və onların təhsil almasına köməklik göstərirdi.