Paskal Blez

Şərhlər: 3
Baxılıb: 2 641
Səs ver:
(səs: 1)
Paskal görkəmli fransız riyaziyyatçısı, fiziki və filosofudur.
O, 19 iyun 1623-cü ildə Fransanın Klermon-Ferran şəhərində riyaziyyatçı ailəsində anadan olub.
Paskal atasının rəhbərliyi ilə riyazi təhsil almış və istedadlı olduğunu gənc yaşlarında büruzə vermişdir.
Riyaziyyata daha çox maraq göstərən Paskal 16 yaşında Konik kəsişmələrə həsr edilmiş proyektiv həndəsənin əsas teoremlərindən birini yazmışdır /Paskal teoremi/. O dövrün alimlərinin çoxu bu gənc riyaziyyatçının belə bir əsəri özü yazmasına inanmırdılar.18 yaşında Paskal Blez hesaba aid toplayıcı maşın ixtira edir. 20 yaşı olanda gənc alimin hesaba, ədədlər nəzəriyyəsinə, cəbrə və ehtimal nəzəriyyəsinə aid bir sıra əsərləri nəşr olunmuşdur.
O, binom açılışında binomial əmsallarının və m elementdən n element olan birləşmənin hesablanması üsulunu vermişdir.

Paskal atmosfer təzyiqinin Torriçelli tərəfindən kəşf edildiyini eşitdikdə 1644-cü ildə Torriçelli təcrübəsini müxtəlif mayelərlə /civə, su, çaxır/ təkrar etmiş, əlavə təcrübələr aparmış və aşağıdakı suallara cavab axtarmışdır: Torriçelli təcrübəsindəki borunun içərisindəki civənin üstündəki fəza nə ilə doludur? Borudakı civənin hamısı nə üçün çanağa tökülmür və onu bu səviyyədə nə saxlayır? Hava təzyiq edirmi, edirsə bu təzyiq necə verilir?
Paskal isbat etdi ki, Torriçelli təcrübəsi havanın təzyiqini doğrudan aşkar edib, bu həqiqətdir. Boruda civənin səviyyəsinin dəyişməsi izah edir ki, təzyiq havanın temperaturundan və nəmliyindən asılıdır.
Paskal belə qərara gəlir ki, atmosfer təzyiqinin mövcud olduğunu qəti isbat etmək üçün daha bir həlledici təcrübə qoymaq lazımdır. Bu məqsədlə o, Pyui de Dom dağının ətəyində və zirvəsində Torriçelli təcrübəsini təkrar edib, hər iki halda civə sütununun hündürlüyünü yoxlayıb, fərqini müəyyən etməyi qərara alır.
O, bu təcrübə ilə müəyyən edir ki, dağın zirvəsində civənin səviyyəsi ətəyindəkinə nisbətən aşağı düşür. Bu, gözlənilən nəticə idi. Beləliklə məlum olur ki, havanın təzyiqi dağın ətəyində çox, zirvəsində isə azdır.
Buradan Paskal müəyyən edir ki, yuxarı qalxdıqca havanın sıxlığı azalır. Paskal belə nəticəyə gəlir ki, borudakı civə atmosfer təzyiqinin təsiri ilə səviyyəsini hündürdə
saxlayır.    
1647-ci ildə Paskal «Boşluqda yeni eksperiment» adlı əsərini çap elətdirir. O; göstərir ki, Torriçelli borusunda civənin üstündəki fəza nə hava nə də hər hansı maddə ilə dolu deyil, boşluqdur. Buradan yeni fiziki anlayış vakuum aşkar edildi.
Paskal Blez 1648-ci ildə müasirlərini heyrətə gətirən paradoksal bir təcrübə aparmışdır. /Paskal təcrübəsi/.
Su ilə dolu olan çəlləyə nazik uzun boru birləşdirilir. Borunu bir az su ilə doldurduqda çəlləyin divarlarında taxtalar birləşən yerlərdən su fəvvarə vurub axmağa başlayır.
Fizika üzrə Paskalın əsas tədqiqatı hidrostatikaya aid olub. O, 1653-cü ildə aşağıdakı qanunu vermişdir:
«Maye və qazlar üzərinə düşən təzyiq dəyişmədən onların bütün nöqtələrinə verilir». Bu qanun Paskal qanunu adı ilə məşhur olub hidrostatikanın əsas qanunlarındandır.
Birləşmiş qablar qanunu və hidravlik presin nəzəriyyəsini də Paskal vermişdir.
Elmdəki xidmətlərini nəzərə alaraq BS sistemində təzyiq vahidini Paskalın adı ilə adlandırmışlar.
Paskal havanın elastikliyini müəyyən edərək, isbat et¬mişdir ki, havanın çəkisi var. O, təzyiqin havanın rütubətindən və temperaturundan asılı olduğunu kəşf etmiş və bunlardan gələcəkdə hava haqqında qabaqcadan məlumat verməyin mümkünlüyünü söyləmişdir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 641
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri