1. Cavanşir (hakimiyyət illəri: 638-681)
Albanların
son hökmdarı olmuşdur. Hələ Sasanilər İmperiyasının tərkibində olarkən
ərəblərə qarşı öz sərkərdəlik məharətini göstərmiş və ona Sasani
hökmdarı tərəfindən bir çox dəyərli hədiyyələr verilmişdir. Sasani
imperiyasının zəifləməsindən istifadə edərək müstəqilliyini əldə edən
Albaniyaya cənubdan Sasani İranı, Qərbdən Bizans təzyiq göstərmiş,
şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atmış, həm də ərəblər yürüş
etmişlər. Belə bir zamanda Cavanşirin tarixi lider və siyasi xadim
olaraq xilafət, Bizans və Sasanilər arasında etdiyi siyasi manevr
ölkənin müstəqilliyini hələ onun ölümündən sonra da 20 ildən çox bir
müddət davam etməsinə imkan yaratdı.
2. Babək (hakimiyyət illəri: 816-838)
Babək
Xürrəmi Azərbaycanda milli-azadlıq hərəkatının simvolu, görkəmli
Azərbaycan sərkərdəsi və siyasi xadimi olmuşdur. Məhz Babəkin liderlik
xüsusiyyətinin göstəricisidir ki, onun hərəkatın rəhbərliyini əlinə
aldığı ilk zamanlardan Xürrəmilər hərəkatı bütün Azərbaycana yayılmış
oldu. 819-cu ildə paytaxtın Xorasandan Bağdada köçməsi xürrəmilər
hərəkatının yenidən çiçəklənməsindən və xilafəti xeyli qorxuya
salmasından xəbər verir. Orta əsr mənbələrinin məlumatına görə, bu dövr
ərzində xürrəmilər qarşı tərəfin 225500 əsgər və çoxlu sərkərdəsini məhv
etmişlər. Babəkin təkcə sərkərdə kimi deyil, həm də bir siyasi xadim
olaraq istedadı hərəkatın məğlub olduğu ərəfədə Bizans imperatoru ilə
apardığı danışıqlarda da öz əksini tapmışdır. Bu hərəkat qüdrətli
Abbasilər dövlətinin ayrı-ayrı dövlətlərə parçalanmasına səbəb olan əsas
siyasi qüvvələrdən bir hesab olunur.
3. Şəmsəddin Eldəniz (hakimiyyət illəri: 1136-1175)
Eldənizlər
dövlətinin qurucusu olmuş və Qafqaz dağlarından Fars körfəzinə qədər
geniş bir ərazini öz hakimiyyəti altında cəmləşdirmişdir. Eldənizin
tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı.
Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan
və Rey ona tabe idi. Şəmsəddin Eldəniz 2 əsrdən çox ölkəmizə ardı-arası
kəsilməyən yürüşlər edən gürcü knyazlarına qarşı uğurlu mübarizə
apararaq 1175-ci ildə gürcüləri məğlub etdikdən sonra qərb sərhədlərində
vəziyyət sabitləşmiş, köhnə sərhədlər bərpa olunmuşdur.
4. Şeyx İbrahim Dərbəndi (hakimiyyət illəri: 1382-1417)
Şeyx
İbrahim Məzyədilər sülaləsinin qohumu olan Dərbəndi Şirvanşahları
sülaləsinin ilk nümayəndəsidir. Bu görkəmli siyasi xadim Yaxın Şərqdə
Teymurun işğalçılıq müharibələri ilə bağlı ağır xarici siyasi
hadisələrin baş verdiyi bir dövrdə hökmdarlıq etmişdir.Teymur
Azərbaycana hücum edərkən qarşısına çıxan hər şeyi yerlə-yeksan edən
işğalçı ordunun qarşısında duruş gətirməyin çətin olacağını və Şirvanın
viran ediləcəyini başa düşən Şeyx İbrahim Teymura itaət göstərərək ona
tabe oldu və onun rəğbətini qazanaraq Şirvanın hakimi saxlanıldı.
İbrahimin müdrik siyasəti Şirvanı fəlakətdən xilas etdi, bundan əlavə də
Şeyx İbrahimin apardığı uğurlu diplomatik siyasətin nəticəsidir ki
sonrakı dövrlərdə Teymur məhz onun xahişi ilə Şəki hakimi Sidi Əhməd və
gürcü hökmdarı Georgiyə zamin durduqdan sonra onları bağışladı. 1406-cı
ildə Təbrizdə hakimiyyətdaxili iğtişaşlardan istifadə edən və
Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim öz qoşunları ilə Təbrizə
doğru hərəkət etdi və əraziləri bir dövlətədə birləşdirmək məqsədilə
Cənubi Azərbaycanı ilhaq etməyə can atdı. O, müəyyən mənada buna nail
olaraq kiçik bir zaman kəsiyində də olsa da istəyinə çatdı.
5. Uzun Həsən (hakimiyyət illəri: 1468-1478)
1468-ci
ildə Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. Uzun Həsənin tolerantlığı –
başqa məzhəbə və dinlərə etiqad edən əhaliyə qayğısı bu nəhəng və
çoxtayfalı ölkədə sabitləşdirici rol oynamışdır. Uzun Həsən Osmanlı
imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda,
Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya,
Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və
başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır. Uzun Həsən ordunu
təkmilləşdirmək və nizami ordu yaratmaq məqsədilə Avropadan
mütəxəssislər də çağırmışdır. Venesiya və başqa ölkələrdən gəlmiş
mütəxəssislər odlu silah istehsal etmək üçün Uzun Həsənə köməklik
göstərmişlər. Bununla da ölkədə top istehsalına başlanılmış, topçu
kadrlar hazırlanmasının əsası qoyulmuşdur.
6. Şah İsmayıl Xətai (hakimiyyət illəri: 1501-1524)
1501-ci
ilin payızında Təbrizə daxil olan İsmayıl özünü şah elan edərək
paytaxtı Təbriz olan Səfəvilər dövlətinin əsasını qoymuşdur. Onun
dövründə Azərbaycan türkcəsi ana dili kimi qəbul edilmiş və əsas
yazışmalar rəsmi səviyyədə bu dildə aparılmışdır.Bütün əraziləri özündə
birləşdirərək böyük bir dövlət yaratmağa hələ hakimiyyətinin ilk
illərində nail olan Şah İsmayıl İran, İraq, Şərqi Anadolunu və
Gürcüstanı özünə tabe etdirərək Səfəvilər dövlətini Yaxın Şərqdə
qüdrətli dövlətə çevirmiş, onun ərazisini 2 milyon 800 min kvadrat
kilometrə çatdırdı. Onu dünya tarixinə ən böyük təsir göstərmiş
soydaşımız hesab etmək olar. İndi İslamda Şiəlik bu qədər yayılıbsa bu
birbaşa onun siyasəti ilə əlaqələndirilə bilər.
7. Şah I Abbas (hakimiyyət illəri: 1587-1629)
Şah
I Abbasın hakimiyyətə gəldiyi zamanlar Azərbaycan, demək olar ki,
bütünlüklə (Talış bölgəsi və Ərdəbil istisna olmaqla) Osmanlının
nəzarətinə keçmişdi.Şah I Abbas sülh bağladıqdan sonra keçirdiyi
islahatlarla tarixi liderlik statusu qazandı. Qeyri türklər, əsasən də
farslar üzərində hakimiyyəti möhkəmləndirmək üçün paytaxtı onların sıx
yaşadığı İsfahan köçürdü. Ordunu yenidən təşkil etdi. Belə ki orduda
qızılbaşlarla yanaşı tüfəngçi, topçu və qulamalar adlanan birliklər
yaratdı. Böyük tikinti işləri apardı, bəzi şəhərləri vergidən azad etdi.
1612-ci il Sərab və 1618-ci il Mərənd sülh müqavilələri ilə yenidən
Səfəvilər dövlətinin əvvəlki sərhədlərini bərpa etməyə nail oldu və
Portuqaliyalıları Hörmüzdən çıxarmaqla müstəqilliyə olan zərbələri
birdəfəlik dəf etdi. Bununla da Səfəvilərin süqutunun qarşısını aldı və
yenidən inkişafına rəvac verdi.
8. Nadir şah Əfşar (hakimiyyət illəri: 1736-1747)
Nadir
şah hаkimiyyətə gəlməsi ilə ölkə dаxilində türk tаyfаlаrının bir dövlət
hаlındа birləşməsinə nаil оlmuş, yaranmış məzhəb ayrılığının qarşısının
alınmasında müstəsna xidmətlər göstərmiş, hərbi sаhəni yеniləşdirmiş və
möhkəmləndirmişdir.Nadir Şah, 1736-cı ildə hakimiyyətə gələn kimi
Qəndəhаr və Pişəvаrı kеçib, Аttоk və Cəlum çаylаrını аdlаyıb 1738-ci
ildə Lаhоru fəth etmişdir. O, 1739-cu ildə Dеhlini də öz hakimiyyəti
altına almış və bеləliklə, İraqdаn, Dəmirqapı Dərbənddən Kəşmir və
Dеhliyədək geniş bir əraziyə sahib olmuşdur. Nadir Şah sаysız vаrdаn,
kаrvаnlа yüklənmiş dаş-qаşdаn bаşqа 3 milyаrd hind gümüş rupisi ilə gеri
qаyıtmışdır. Osmanlı və Rusiya ilə müqavilələr imzalayaraq ölkədə
sabitliyi qısa bir müddətə də olsa bərpa edə bilmişdir.
9. Fətəli xan Əfşar (hakimiyyət illəri: 1747-1763)
XVIII
əsrin ortalarında Urmiya xanlığının əsasını qoymuş və Azərbaycanın
bütövləşməsi uğrunda öz səylərini göstərmişdir. 1759-cu ildə Qarabağ
xanlığını tutmaqla Urmiya xanlığının güclənməsinə şərait yaratmışdır.
Nəticədə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni
Ərdəbil və Maku xanlıqları istisna olmaqla bütün Cənubi Azərbaycan
xanlıqlarını birləşdirməklə tarixi liderlik missiyasını həyata
keçirmişdir. Ölkənin paytaxtı əvvəllər Urmiya, sonralar isə Tərbriz
şəhəri olmuşdur. Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə
aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini
Mərkəzi və Qərbi İrana da yaya bilmişdir.
10. Cavad xan (hakimiyyət illəri: 1748-1804)
Gəncə
xanlığının son hakimi olmuşdur. Hələ hakimiyyətinin ilk illərində
Nadirin verdiyi Şəmşəddil mahalını geri qaytarmışdır. 1786-cı ildən
Gəncəni idarə edən Cavad xan 1804-cü ilə qədər Rusiya təbbəliyini qəbul
etməmiş və xanlığın azadlığı uğrunda mübarizə aparmış və yalnız yanvarın
3-dən 4-nə keçən gecə general L. Sisiyanovun başçılığı ilə uzun müddət
şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər
döyüşdə qəhrəmancasına həlak olmuşdur.
11. Qubalı Fətəli xan (hakimiyyət illəri: 1758-1788)
Nadir
şah Əfşarın ölümündən sonra Qubalı Fətəli xan Quba, Dərbənd və Salyan
xanlıqlarını birləşdirməklə Şərqi Qafqazın tarixi lideri kimi
tanınmışdır. O, Şamaxı, Şəki, Bakı xanlıqlarını, Car-Balakən azad
cəmiyyətini və Ərəş sultanlığını ittifaqa çağırmış, ittifaqa gəlməyən
xanlıqları birləşdirmək üçün silaha əl atmağa məcbur olmuş və 1785-ci
ildə Şəki xanlığını, 1787-ci ildə Şirvan xanlığını və bir az sonra Bakı
xanlığını özünə tabe etmişdir. Otuz illik silahlı mübarizədən sonra
Fətəli xan Azərbaycanın əsas xanlıqlarını birləşdirməyə nail oldu.