Molla Nəsrəddin əslində kim olub?

Şərhlər: 3
Baxılıb: 3 340
Səs ver:
(səs: 2)
Əsl  adı Xoca Nəsrəddin olan şəxsi hamı Molla Nəsrəddin kimi tanıyır. Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq etmişlər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.

Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulmuş, lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşamışdır. Elə oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi. Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olmuşdur, lakin o uzun yaşamayıb. Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirir. Və bundan sonra onunçün kənddə qalmaq çətin olur.
1237-ci ildə o, Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu vəzifədə işlərkən də ona "Nəsrəddin Xoca" deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb. Onun lətifələri, işlətdiyi sözlər Anadoludan tutmuş, Çinin ərazilərində yaşayan türklərə kimi dillər əzbəridir.  Onun lətifələrində ən çətin bir vəziyyətdən çıxış yolu var. Molla Nəsrəddinin "Bozoğlan” adlı eşşəyi olub, bəzi rəsmlərdə Nəsrəddinin yanında eşşəyi də görüntülənir.
Molla Nəsrəddinlə bağlı söylənilən lətifələrə ilk dəfə yazılı şəkildə Sarı Saltukun həyatından bəhs edən "Saltuknamə" əsərində rast gəlinib. Fateh Sultan Mehmetin oğlu Cemin (sonralar o tarixə Sultan Cem kimi düşüb) şahzadəliyi dövründə Molla Nəsrəddinlə bağlı lətifələrin qələmə alınması və kitaba köçürülməsi barədə göstəriş verir. Göstərişin yerinə yetirilməsi o dövrün məşhur alimi Əbülxeyir Rumiyə tapşırılır. 7 il xalq arasında Molla Nəsrəddinlə bağlı lətifələr toplanılır. Həmin lətifələr 1480-cı ildə kitab halında çap edilir. Onunla baölı əsərlərdən biri "Həzə Tərgemei Nasraddin Əfəndi Rahme" adını daşıyır, hazırda London muzeyində saxlanılır.
Molla Nəsrəddin Ağşəhərli bir xanımla evlənir. Deyilənə görə, həmin xanımdan iki qızı olub: Fatma Xatun və Dürri Mələk.  Molla Nəsrəddin 1284-cü ildə (bəzi mənbələrdə 1384-cü il) yaşadığı Ağşəhərdə vəfat edir. Onun qəbri üzərində 6 sütun üzərində möhtəşəm bir qübbəsi olan türbə inşa edilmişdir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 340
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri