Akif Əli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 762
Səs ver:
(səs: 1)
Akif Əli — Azərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri (1994–h.h). 2-ci dərəcə Dövlət müşaviri.

Həyatı
Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib (1974).

Yaradıcılıq fəaliyyəti
Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib (1974-1978). "Uzun müharibədə qısa görüşlər" (Tacikfilm) filmində Rüstəm, "Tütək səsi" filmində (Azərbaycanfilm) Tapdıq və başqa obrazları yaradıb. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin ("Sabahınız xeyir", "Molla Nəsrəddin", "Gülüş axşamı" (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının ("Zəriflik", "Aygün", "7 sual, 7 cavab" televiktorinası, "İdrak", "Tələbə dünyası", "Teleteatrda gənclər gecəsi", "Çay, çay, çay!", "Mənəvi dünyamız") yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, "Mozalan" kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.

Filologiya elmləri üzrə fəlsəfə doktoru (1988), dosent, Qızıl qələm mükafatı laureatıdır.

Siyasi fəaliyyəti
1989-cu ildə Bakı Ali Partiya Məktəbinin əyani kursunu bitirib. 1990-cı ildə "Vətən səsi" qəzetinin yaradılmasında iştirak edib və 1991-1993-cü illərdə həmin qəzetin baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri işləyib (1992-1994).

1994-cü ildən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. 2-ci dərəcə Dövlət müşaviridir.

Əsərləri
"Gözəlliyin qədrini bilək" (1984), "Azərbaycanın müasir kinoaktyorları" (1984), "Unudulmaz yollar" (1985), "Məhəbbət təranələri" (1989), "Qaragöz oyunu" (1999), "M.Ə.Sabirin satira sənətkarlığı" (1999), "Öncə – vətəndir" (2003), "Böyük ömrün anları" (2004), "İdrak" (2007), "Azman" (2013) kitabları çap olunub. Bunlardan başqa tərcümələri var (A.Hertsen "Olmuşlar, düşüncələr", V.Mayakovski "Taxtabiti", M.Zoşşenko "Nəhs günü", J.B.Molyer "Meşşanın zadəganlığı", A.Soljenitsin "Matryonanın ocağı", A. Çexov "Hekayələr", Qrimm qardaşları "Bremen musiqiçiləri").

Vəzifələri
1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri (1978-83), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru (1983-87) olub.

1991-1993-cü illərdə "Vətən səsi" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda (indiki Dövlət İdarəçilik Akademiyası) baş müəllim, dosent və Mədəniyyətşünaslıq kafedrasının müdiri (1992-1994) işləyib.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 762
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri