Allahverdi Məmmədli

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 348
Səs ver:
(səs: 0)
Həyatı
Allahverdi Əbdül oğlu Məmmədli 1947-ci ildə Lerik rayonunun Yuxarı Anburdərə kəndində anadan olmuşdur. O, 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir.

1978-ci ildə Azərbaycan Yazıçılar Birliyinə işə dəvət olunmuş, 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunmuşdur. Uzun illər “Ulduz” jurnalı ilə əməkdaşlıq edən Allahverdi Məmmədli ömrünün son illərində jurnalda məsul katib kimi fəaliyyət göstərirdi.

“Ürəyimdə açan çiçək”, “Haçandır görüşmürük”, “Bizi ayrılıq gözləyir” şeirlər və poemalar, “Mərdlərə körpü oldum” povest-şəhadətnamə kitablarının müəllifidir. Əsərləri rus, ukrayna, gürcü, moldav, tuva, bolqar, türk və başqa dillərə tərcümə edilmişdir.

A.Məmmədli 1998-ci ildə vəfat etmişdir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 348
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri