Aqşin Yenisey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 596
Səs ver:
(səs: 0)
Aqşin Yenisey (1978, Cəlilabad rayonu, Azərbaycan SSR) — Azərbaycanlı yazıçı, şair, publisist.

Həyatı
Aqşin Yenisey 1978-ci ildə Cəlilabad rayonunda anadan olub. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirib. Yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biridir. Azad Yazarlar Ocağının sədridir.

Ailəsi
Şair Aqşin Yenisey yazıçı Aysel Əlizadə ilə ailəli olub, bir qızı var.

Şairin ikinci həyat yoldaşı Turana Rəsulovadır. 2014-cü ilin əvvəlindən Turana Rəsulova Almaniyaya köçüb orada yaşayır və aprel ayında oğlu Almaniyada doğulub. Bununlada da Aqşin Yenisey ikinci dəfə oğul atası olub

Yaradıcılığı
Aqşin Yeniseyin ilk kitabı 2000-ci ildə dərc olunub – "Unutmaq sözünün şəkli". 2005-ci ildə ikinci şeirlər kitabını – "Sizin eradan əvvəl"i çap etdirən Aqşinin qələmə aldıqları türk, gürcü, fransız dillərinə tərcümə edilib

Dörd kitabın — "Unutmaq sözünün şəkli" (2000), "Sizin eradan əvvəl" (2005), "Cənnətdə terror aksiyası" (2010), "147 dənə sən" (2012), həmçinin "Göləqarğısancan" romanının və yüzdən artıq məqalənin müəllifidir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 596
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri