Eynşteynin ölümü və beyninin oğurlanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 7 471
Səs ver:
(səs: 6)
18 aprel 1955-ci ildə Albert Enşteyn daxili qanaxma keçirdi. İsrailin yaranmasının yeddinci ildönümü münasibəti ilə televiziya üçün çıxış mətni hazırlayırdı, lakin bu işini tamamlaya bilmədən vəfat etdi. Enşteyn bu sözləri deyərək əməliyyat olmaqdan imtina etmişdir: "İstədiyim vaxt getmək istəyirəm. Həyatı süni şəkildə uzatmaq mənasızdı. İndi getmək vaxtıdı və bunu nəzakətli şəkildə etmək istəyirəm.” 76 yaşında Priston xəstəxanasında vəfat etmişdir.

Enşteyn öldükdən sonra elmə olan töhfələrinə görə bütləşdirilməsini istəmirdi. Buna görə də ailəsi onun cəsədinin yandırılması qərarına gəlmişdi. Həmin gecə xəstəxanada Harvey növbətçi idi. Harvey cəsədi yandırmaq üçün hazırladı, beynini isə gizlədərək özü ilə evə apardı.

Beyni oğurlanan Enşteynin ailəsi şokda idi. Hökümət də daxil olmaqla hamı beyinin geri qaytarılmasını tələb etsə də Harvey bunu qəbul etmədi. Buna görə onu işdən çıxardılar. Harvey beyini yalnız elmi təqdiqatda istifadə edəcəyinə söz verdikdən sonra ailəsi iddialardan əl çəkdi. Enşteyinin bədəninin qalan hissəsi isə yandırılaraq külləri bilinməyən yerə səpildi.

Onun beyni müxtəlif beyin mütəxəssisləri tərəfindən tədqiq edildi və belə nəticəyə gəlindi ki, Albert Enşteynin beyni normal insan beynindən bəzi hüceyrələrinin çox olması ilə fərqlənir. Enşteynin beyni 53 il sonra oğurlandığı Priston xəstəxanasına qaytarıldı və Hervey bundan üç il sonra özü də vəfat etdi.
(səs: 6)
Şərhlər: 14
Baxılıb: 7 471
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri