84 yaşlı cazibədar qadın

Müəllif: Fialka
Şərhlər: 9
Baxılıb: 3 483
Səs ver:
(səs: 5)
Tanış olun, bu Karmen Dellidir. Onun 84 yaşı var və modeldir. Karemn əsasən dünyanın ən məşhur, parlaq jurnallarının üz qabığında çəkilir, podyuma çıxır, reklam firmalarının siması işləyir.

Onun gözəlliyinin və cavanlığının sirri çox sadədir: Karmen çox yatır və üzür. Yaşını olduğu kimi qəbul edir. Model estetik cərrahların köməyindən istifadə etdiyini gizlətmir. "Axı hər dəfə haranısa düzəltmək lazım gəlir”, amma qeyd edir ki, yalnız plastik müdaxilə ilə iş bitmir, bədəninlə yanaşı məqsədin də qaydasında olmalıdır.  

Karmen 15 yaşında modelliyə başlayib və ilk işi Vogue и Harper’s Bazaar jurnalı ilə olub. Indiyə qədər də öz sevimli işindən əl çəkmir. O, Ginnesin rekordlar kitabında da podyumda ən uzun karyeraya sahib olan model kimi adını yazdırıb.

Özünün yubleyi ərəfəsində Karmen amerika jurnallarının birinə səmimi müsahibə verərək qeyd edib ki, necə ki yeməklərlə, eləcə də  cinsi həyatda da əsl qurmandır. Bu həvəsin onda hardan qaynaqlandığını soruşsanız atası-italyan əslillidir, məncə bu cavab kifayətdir.

"Mən gözəl həyat yaşamışam, siz bunu şəkillərdən təxmin edə bilərsiniz, amma tam anlaya bilməzsizniz”- deyə qeyd edən modeli şəxsən Salvador Dali özünün ilham pərisi adlandırmışdı.

Karmen 100 yaşında ölmək arzusunu gizlətmir. Və hündür daban ayaqqabılarda ölmək istəyir.

Bizə bu heyratamiz qadına yalnız heyran qalmaq və sağlamlıq, güc arzulamaq düşür. Artıq neçə illərdir ki, o dünyaya sübut edir ki, özünə inanmaq lazımdır. Yaşından utanmaq yox, yaşın hər anından xoşbəxtlik qoparmaq lazımdır. Məhz sirli gözəlliyin iksiri də elə bundadır.

 

 

 

 

(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri