Tarixin utancverici sınağı - 7 yaşlı körpə öldü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 582
Səs ver:
(səs: 1)
İnsanın qorxularının anadangəlmə yoxsa sonradan qazanıldığını araşdıran psixoloq John B. Watsonun sınaq obyekti olaraq seçdiyi balaca Albert 7 yaşında həyata gözlərini yumdu.

John Watson və asistantı Rosalie Rayner tamamilə sağlam olan 8 aylıq Albert üzərində anasının razılığını alaraq mərhəmətdən uzaq bir sınaq keçirirlər. Albertin anası xəstəxanaya gələrək hər dəfə ana südünü sataraq körpəsini saxlıyırmış və imkansızlıq ucbatından belə bir sınaq keçirilməsinə razılıq verir.

Əvvəlcə uşağa kiçik duyğusal testlər edilir. 8 aylıq körpəyə ağ siçan, dovşan, yanan kağız parçaları, yumşaq tüklü oyuncaqlar göstərilir. Körpə heç bir qorxu hissi yaşamadan gördüyü hər şeyə gülümsəyir.

Sonra Alberti boş bir otağa salıb yataqdan başqa heç bir şey qoymurlar. Otağa ağ siçan buraxılır. Uşaq heç bir qorxu hissi olmadan siçanla oynamağa başlayır.

Bundan sonra sınağın ən qorxuducu anları başlayır. Otağa yenidən ağ siçan buraxılır. Lakin bu dəfə körpə hər əlini siçana vuranda kənardan iki dəmir çəkici bir-birinə vuraraq rahatsız edici və qorxuducu səslər çıxarırlar. Təbii ki, Albert qorxur və ağlamağa başlayır. Səslər kəsilən kimi Albert də sakitləşir və yenə siçanla oynamağa davam edir. Yenə həmin səslər çıxarılır və uşaq qorxudan ağlayır. Bu işgəncə uzun müddət davam etdirilir.

Bu sınaq bir neçə gündən sonra yenə də təkrarlanır. Artıq bu qorxu körpənin hafizəsinə yeridilir. Bir-birinin ardınca körpəyə siçan, dovşan, tüklü oyuncaqlar, tüklü maskalar göstərilir. Və bununla da Albert tüklü bir şey görən kimi qorxudan ağlamağa başlayır.

Elmin böyük bir uğuru sayılan bu sınaq qorxunun insanlarda anadangəlmə deyil, sonradan qazanıldığını sübut etsə də, balaca Albertin psixi vəziyyətini ağırlaşdırır. Ən dəhşətlisi isə odur ki, sınağı keçirən bu elm adamları uşağa heç bir psixoloji kömək etmədən onu xəstəxanada qoyub gedirlər.

İllər sonra psixoloq  Hall P. Beck tərəfindən uşaq üzərində araşdırma aparılmış və məlum olmuşdur ki, bu keçən illər ərzində Albert ağ və tüklü şeylərə fobiyalı insan olaraq sağlıqsız bir həyat sürmüş və 7 yaşını qeyd edə bilmədən beynində su toplanmasına görə həyatını itirmişdir.

 

 

 

 

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 582
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri