Yayda keyfiyyətli makiyajın incəlikləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 372
Səs ver:
(səs: 1)
Günümüzdə demək olar ki özünə hörmət edən hər bir qadın makiyajsız keçinmir.
Ancaq yayın istisində makiyaj üzümüzə gözəllik vermək əvəzinə sanki bir əzaba çevrilir...

Bəs bunun qarşını almaq üçün nə etmək lazımdır?

Yay makiyajı, isti havada edilən makiyaj yüngül, amma gözəl olmalıdır. Buna necə nail olmalı?..

Bu problemin həlli yolu mövcuddur. İlk öncə yayın istisində əsas diqqəti üz dərisinə qulluq prosedurlarına yönəltmək məsləhət görülür, kosmetika isə ikinci plana keçir.
- Yayda dəri növündən asılı olmayaraq səhər və axşam üzü təmizləmək lazımdır. Yağlı dəri kimi, quru dərinin də müvafiq şəkildə təmizlənməsinə ehtiyac var. Prosedurun sonunda mütləq üz dərisini tonik vasitəsilə silin.
- Yay makiyajında daim əlinizin altında termal və ya kosmetik suyun, üz üçün nəm salfetlərin olmasına diqqət edin. Bu vasitələr ilk növbədə dərinizini təravətlənmək və makiyajınızı gün ərzində davamlı saxlamaq xüsusiyyətinə malikdir.
- Əsla unutmayın ki, istifadə etdiyiniz dekorativ kosmetika mütləq yüksək keyfiyyətli olmalıdır. Güclü istilərdə ancaq tuş və dodaq boyasından istifadə etməyiniz daha məsləhətdir. Tonal kremdən imtina etsəniz, bu, sizin xeyrinizə olar, çünki tonal krem yalnız məsamələri dolduracaq və epidermisin yüksək yağlılığına gətirib çıxaracaq.
- Kosmetikanız üzünüzə rahat çəkilməli, əlverişli olmalıdır, heç bir halda axmamalı, gün ərzində üzün müəyyən hissələrində yığılıb qalmamalıdır. Ucuz və keyfiyyətsiz kosmetikadan istifadə etməməyə çalışın, bu, görünüşüzün korlanmasına səbəb ola bilər.
- Termal suyu isə arabir artıq bitmiş makiyajın üzərinə fısqırtmaq lazımdır. Belə halda kosmetikanız axmayacaq, əksinə, dərinizə daha çox hopacaq və gün ərzində korlanmayacaq.
- Bəs keyfiyyətli kosmetik vasitələrdən istifadə niyə məsləhət görülür? Yüksək temperatur, yay istisi kosmetik maddələrin kimyəvi strukturunu dəyişə bilər. Əgər onlar yüksək keyfiyyətli deyilsə, bu, mütləq şəkildə onda allergik reaksiyaların yaranmasına səbəb olacaq.
- Ağır kremləri unudun, yay aylarında günəş şüalarından qorunmaq üçün sizə SPF mayedən yüngül nəmləndirici fluid kifayət edər.
- Əgər dəriniz yağlıdırsa, su əsaslı mat yuyucu gelə üstünlük verin.
Qızmar yay günlərində makiyajın korreksiyası:
- Tez-tez burnunuzu kirşanlamağa ehtiyac yoxdur. Əgər burnunuz parıldamağa başlayırsa, onda tezliklə üzünüzdə kirşanın ərimiş qatları yığılacaq.
- Yayda ən əlverişli üsul mat salfetlərdən istifadədir. Kirşanı isə 2 saatda bir dəfədən artıq çəkməyin.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 372
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri