Dənizdə saçları qoruma yolları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 276
Səs ver:
(səs: 1)
Yaxın günlərdə havanın daha da isti keçməsi, bizə özümüzü dənizə ya da hovuza atma xəyallarını yaşadır.

Ancaq dənizdə ya da hovuzda sərinləyərkən, nəzərə almalı olduğumuz bəzi məqamlar var. Bunlardan bir də saçlarımızdır!

Qadinla.com-un məlumatına görə, dəniz suyunun içindəki minerallar, saçlarınızı qoruya bilər, lakin uzun müddət saçda qaldıqda isə saçların parlaqlığının azalmasına və qurumasına səbəb olar.

Zərərli günəş şüaları, saç boyasındakı pigmentlərə təsir edir və rənginin solmasına səbəb olur. Bu baxımdan tünd rəngli saçlar günəşin təsiriylə saralarkən, sarı rəngli saçlar daha da açıq rəng alır. Saçların rəngini qorumaq üçün görüləcək ilk iş, keyfiyyətli bir saç rəngindən istifadə etməkdir.

Dəniz duzu saçlarınızı quruda bilər, hovuzdakı xlor da saçlarınıza yaşımtıl bir rəng verə bilər. Bu kimi problemlərin qarşısını almaq və saçlarınızı qorumaq üçün, çimərliyə getməmişdən əvvəl saçınızı şampunladıqdan sonra, saç balzamından istifadə edə bilərsiniz.

Hovuzda ya da dənizdə üzdükdən sonra isə saçlarda yığılan kimyəvi maddələri və mineralları təmizləmək üçün təmizləyici şampun, ya da saç serumundan istifadə edə bilərsiniz.

Dənizə getdikdən sonra saçlarınızı mütləq yuyub, uyğun bir qulluq məhsulu istifadə edə bilərsiniz. Bu bir saç maskası, ya da günəşdən qoruma xarakterli bir sprey ola bilər.

Şampun və qulluq məhsulları istifadə etdikdən sonra, saçları yaxşıca durulamaq çox vacibdir. Saçları şampun ya da krem qalığı qalmayacaq şəkildə tamamilə yumağa diqqət etməlisiniz.

Tətilə gedəcəksinizsə və saçlarınızı boyatmaq istəyirsinizsə, o zaman istədiyiniz rəngdən bir neçə ton tünd rəngə boyaya bilərsiniz. Günəşin təsiri ilə saçlarınız istədiyiniz rəngə, daha təbii bir şəkildə qovuşacaq.

Saçlarınız çox nazikdirsə, onları günəşdən qoruyan və yağ şəklində olan məhsullardan istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 276
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri