Məşhurların gözəllərin gözəllik sirləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 218
Səs ver:
(səs: 1)
Shailene Woodley

The Descendants filmi ilə məşhurlaşan Shailene də gözəlliyini qorumaq üçün təbii üsullardan istifadə edir. Səhər oyanan kimi ağzını hind qozu yağı ilə yaxalayırmış bu üsulun dişləri ağartdığını deyir. Makiyaj təmizləmə ləvazimatlarını məhsullarında təbii yağlar istifadə edən bir firma təmin edirmiş.

Gisele Bündchen

Məşhur Braziliya modeliyerinin yeniyetmə dövründə sızanaqlar ilə başı bəlalıymış. Sızanaqlardan üzünə palçıq çəkərək xilas olduğunu deyir.

Jennifer Aniston

Gözəllik abidəsi Jennifer Aniston, yumurta ağı ilə hazırladığı avakado maskasının dərisinə yaxşı təsir etdiyini iddiya edir.

Tülin Şahin

Tülin Şahin üstünlüyü özü hazırladığı maskalara verir. Onun hazırladığı maskalardan birini sizə təqdim edirik.

Canlandırıcı maska

Tərkibi:

Bal

Banan

Alma

Hazırlanması və istifadəsi:

Püre halına gətirilmiş bananın üzərinə almanı sürtgəcdən keçirin. Sonra da balı əlavə edib üzünüzə çəkin. Maskanı 15-20 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq su ilə yuyun. Bu maska, tərkibindəki bal sayəsində dərinizi nəmləndirəcək və canlandıracaq.

Katty Perry

Etdiyi hər hərəkətlə gündəmə düşən Katty Perry, gözəlliyini qorumaq üçün hər fürsətdə yumurta ağından hazırladığı maskadan istifadə edir. Qırışıqlığın qarşısını almaq üçün yumurta ağı ilə qarışdırılmış badam yağını dərisinə çəkir.

Anne Hathaway

Anne Hathaway, quru dərisinə banan ilə hazırladığı maskanı çəkir. Alabiləcəyimiz ən ucuz və ən gözəl nəmləndiricilərdən biri olduğunu iddiya edir. Annenin istifadə etdiyi maskanın bir versiyasını sizlərə təqdim edirik:

Tərkibi:

1 çay qaşığı bal

1 ədəd banan

1 çay qaşığı limon suyu ( limonu özünüz sıxsanız daha yaxşı olar)

Hazırlanması və istifadəsi:

Banan püresinin içinə limon suyunu, arxasından da balı əlavə edib üzünüzə çəkin. 15 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Üzünüzü yuyarkən sabundan istifadə etməyin. Bu maska, tərkibindəki bal sayəsində dərinizi nəmləndirəcək və canlandıracaqdır.

Miranda Kerr

Miranda Kerr ümumilikdə gözəllik sirri olaraq xiyardan istifadə edir. Çox qidalandırıcı bir tərəvəz olan xiyar qara nöqtələri yox edir.

Julia Roberts

Quru saçları üçün bala üstünlük verən məşhurlardan biri də gülüşü ilə yadda qalan Julia Roberts.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 218
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri