Sirkənin cildə faydaları

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 3 235
Səs ver:
(səs: 0)
Sirkə, dəri problemlərini aradan qaldırmaqda və dəriyə gözəllik qatmaqda olduqca təsirlidir.

Sirkə ilə dəriyə qulluq etməklə həm pulunuzun cibinizdə qalmasını, həm də vaxtınınızın boş keçməməsini təmin edə bilərsiniz. İşıldayan bir dəriyə sahib olmaq üçün bu zamana qədər bildiyiniz bütün qulluq məhsullarını unudun və sirkə ilə dərinizə qulluq edin.

Sirkə ilə dəriyə qulluq

İlıq suya 1 çay qaşığı qədər sirkə əlavə edin. Əvvəl üzünüzü bu su ilə yuyun. Ardından vanna suyuna 4 yemək qaşığı sirkə əlavə edin. Sirkəli duş suyunda təxminən 15 dəqiqə qədər qalın və dərinizin nə qədər canlandığına şahid olun. Sirkə, kiçik kapilyar damarların içində olan qan dövranını sürətləndirəcək və beləcə dərinizin daha canlı görünməsini təmin edəcək.

Eyni zamanda sirkəli su qış aylarının soyuqlarından təsirlənən və nəmini itirən dərinizə nəm bəxş edəcəkdir. Bundan əlavə dərini mikrob, bakteriya və viruslardan qoruyaraq daha sağlam bir dəriyə sahib olmağınızı təmin edəcəkdir.

Sirkə ilə dəriyə qulluq etmək, dəri üzərində olan yağlı vəzlərin də aradan qaldırılmasına imkan verəcək təbii bir müalicə yoludur.

Dəridə müxtəlif səbəblərdən qaynaqlanan soyulma problemlərinə də həll olacaq və dərinin ph səviyyəsini də yüksəldəcək.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 235
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri