Cillərdən qurtulmağin yollari

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 591
Səs ver:
(səs: 0)
Çillər genetik ola və ya günəşə çox məruz qalma nəticəsində yarana bilər. Çillər zərərli deyil, ancaq bəzi insanlar çillərinin rəngini açmağı və ya tamamilə silməyi istəyirlər. Çillərinizin rəngini təbii üsullarla necə aça biləcəyinizi və çillərdən necə qurtula biləcəyinizi öyrənmk üçün yazımızı oxumağa davam edin.

Təbii rəng açma
Limon suyundan istifadə edin. Limon suyu təbii ağardıcıdır və çillərin daha açıq rəng görünməsini, hətta yoxa çıxmasını təmin etmək üçün istifadə edilir. Bu üsul günəş işığına məruz qalma nəticəsində yaranan çillərdən çox, təbii çillər üçün faydalıdır. Çünki bunlar daha tünddür. Bir neçə dənə təzə limon götürün və suyunu kasanın içərisinə sıxın. Bir pambığı limon suyuna batırın və üzünüzdəki çilli hissələrə tətbiq edin. Limon suyunun dərinizə 10 dəqiqə boyunca nüfuz etməsinə icazə verin. Daha sonra soyuq su ilə təmizlərin. Dərinizin rəngini açmaq üçün limon suyunu hər gün tətbiq edin.

Süd maskasını sınayın
Çillərin rəngini açmağın digər bir üsulu da südlü maska hazırlayaraq üzünüzə tətbiq etmək və dərinizə hopmasını gözləməkdir. Südün tərkibində olan turşular dərinin üst təbəqəsini soyaraq çilləri açıq rəngli göstərir. Bu üsul da günəş çillərindən çox təbii çillərə təsirlidir. Yağlı südü bir kasaya töküb üzünüzü bu südlə silin. 10 dəqiqə boyu gözləyin və soyuq su ilə yuyub üzünüzü qurulayın.

Meyvə peelingini sınayın
Meyvələri qarışdırıb üzünüzə sürtərək qurumasını gözləmək dərinizin üst təbəqəsini soyan və çillərinizin rəngini açan təbii bir üsuldur. Yağışqan meyvə suyu dərinizə yapışıb dərinizi zərif bir şəkildə soyacaqdır. Çiyələk və kiviləri bir qabın içərisində əzin. Üzünüzdə çillərin çox olduğu hissələrə əzib 20 dəqiqə qurumasını gözləyin. Üzünüzdəki meyvələri silin və soyuq su ilə üzünüzü yuyun. Eyni maskanı çiyələklə kivini, xiyar və əriklə əvəz edərək də istifadə edə bilərsiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri