Saç qırılmasının qarşısını alan vasitələr

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 3 868
Səs ver:
(səs: 2)
Bəyəndiyiniz bir saç modelinə ya da şəklə sahib olsanız da qırıqların meydana gəlməsi saçınızın gözəl və baxımlı görünməsinə mane olur. Ancaq nizamlı olaraq qırıqlardan dolayı saçınızı kəsdirməkdən əlavə, gündəlik baxımda da bəzi qaydalara riayət etməklə bu halın qarşısını ala bilərsiniz.

Şampunuzu dəyişin
Şampun ya da saç kremi alarkən xüsusilə saç ucundakı qırıqları önləmək üçün çıxarılan məhsullardan istifadə edin. Mümkün qədər həmin məhsulları saç uclarına tətbiq etməyə çalışın. Şampun saçlarınızı gücləndirərkən baxım kremi saç uclarının tel tel ayrılmasına mane olaraq bir-birinə bağlanmalarına kömək olur.

İncə — incə darayın
Saçınızdakı təbii yağın kökdən uca qədər paylanmasını təmin etmək üçün saçlarınızı hər gün nizamlı olaraq darayın. Saçlarınız nəm olanda daramayın, qırılmalara səbəb ola bilər. Geniş dişli daraqdan istifadə saçlarınız üçün daha yaxşı olacaq. Daramadan əvvəl saç açıcı sprey də istifadə edə bilərsiniz. Ayrıca saçlarınızı darayarkən əvvəlcə uclardan başlayın, gözəl görünmənizə səbəb olan saçınızla yavaş, incə davranmağa çalışın.

Saçqıranları yağla gizlədin
Saçınızdakı elektirklənmə və qabarma, saçqıranları daha da üzə çıxarır. Bu səbəblə saç boyunuza və ya yalnız uclarına saç yağı sürtərək nəm olmasını təmin edin. Saçınızın yağlı görünməsinin qarşısını almaq üçün yağı əvvəlcə əlinizə tökün, sonra barmaqlarınızla saçınıza çəkin.

Ziyanlı təsirlərdən qoruyun
Düzləşdirici ya da maşa kimi saçınıza yüksək istilik verən alətlər, qırıq meydana gəlməsini artıran ən əhəmiyyətli ünsürlərdən biridir. Bu səbəblə mümkün olduğunca saçınızın daha az istiliyə məruz qalmasını təmin edin. Əgər bu alətlərdən istifadə edəcəksinizsə, əvvəl saçı qoruyan məhsullardan istifadə edin. Ayrıca saç qurudanla saçlarınızı qurutmaq həm saçınızda qırıqların meydana gəlməsinə, həm də saçlarınızın yanmasına səbəb olur. Bu səbəblə saçlarınızın hava ilə qurumasına icazə verin.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 868
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri