Hər çiməndə kisələnməyin: dəriyə zərərdir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 725
Səs ver:
(səs: 1)
Çimmək deyincə ağıla gələn ilk şeylərdən biri də kisələnməkdir. Sağlam, qüsursuz və parlaq bir dəriyə sahib olmağın yollarından biri də kisələnməkdir. Bəs kisələnməyin fayda və zərərlərindən məlumatınız varmı? Yoxdursa, Ailem.az-ın bu yazısını oxuyun.

Kisələnməyin faydaları

- Kisələnmək özünüzü hüzurlu və rahat hiss etmənizi təmin edir, stressi azaldır.

- Dəri altında qan dövranını sürətləndirir və hüceyrələrin çoxalıb yenilənməsinə yardımçı olur.

- Dərini ölü dəridən təmizləyir.

- Dəridəki məsamələri açır və dəriniz həmişə təmiz, canlı görünür.

- Sellülitləri yox edir.

- Dəridə sızanaq yaranmasının qarşısını alır.

- Dəriniz yağlıdırsa, kisə sayəsində yağlanmanın qarşısını ala bilərsiniz.

- Yenilənən hüceyrələr sayəsində immunitet sisteminizin güclənməsinə yardımçı olacaq.


Bəs zərərləri nələrdir?

- Çox tez-tez kisələnmək dərinin qoruyucu təbəqəsinin yox olmasına və dərinin qıcıqlanmasına səbəb olur.

- Dəri nəmini itirib quruyur.

- Zərərli maddələrin dəridən içəriyə girməsinin qarşısını alan bir təbəqə var. Tez-tez kisələnsəniz, həmin təbəqə həssaslaşacaq. Nəticədə dəridə bir çox dəri xəstəliyi yarana bilər. Ancaq 15 gündən bir kisələnsəniz, heç bir ziyanı olmaz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri