Makiyajsız necə gözəl görünə bilərik...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 640
Səs ver:
(səs: 0)
Qadın nə qədər təbii və sadə olarsa, bir o qədər də gözəl görünər...

Həddindən artıq istidən yaranan nəmdən ötəri makiyaj çox vaxt axar və üzdə ağır bir təbəqə meydana gətirər. Yaz aylarında tamamilə təbii bir şəkildə makiyajsız gözəl görünmək əslində sizin əlinizdə.

Bol bol su için. Bəli dodaqlarınızın qurumasını və çatlamasını önləmək üçün tez-tez su içməlisiniz və xüsusilə dodaq baxım kremlərindən istifadə etməyə laqeyd yanaşmayın. Dərinizin daha parlaq bir görünüşdə qalması üçün dəri kremlərini mütləq istifadə edin , bu şəkildə daha sağlam və parlaq bir dəriniz olacaq.

Hər hansı bir səbəbdən üzünüzdə yara və ya iz varsa xüsusilə açıq rəng tonal krem ilə bağlayın, burda tünd rəng tonal krem istifadəsindən mütləq qaçının. Professionalların tez-tez deyindiyii bir başqa mövzu isə qaş şəkilləridir , qaşlarınız ifadələrinizi dəyişdirirmi, əvvəl buna mütləq diqqət etməlisiniz.

Cildinizdən açıq bir işıqlandırıcı ilə qaşlarınızı iki ton parlaqlaşdıra bilərsiniz. Baxışlarınızın diqqətə çarpan olması sizə daha təbii bir gözəllik qatacaq.




Əsla cild baxımında səhflərə yol verməyin...

Dəriyə qulluq dərimizin gözəlliyi və sağlamlığı baxımından çox önəmlidir. Bunları ümumiyyətlə evdə özümüz edərkən dəri baxımında doğru bildiyimiz səhvlər də olduqca çox olur. Üstəlik dəriyə qulluq səhvləri əsla qəbuledilməzdir. O halda bu yanlışlarımızı öyrənib dəriyə qulluq necə edilməlidir bunu öyrənək ...

Üzümüzü suyla yuduqda tonik ehtiyacı yox düşünürük , amma suyun Ph dərəcəsinə bağlı olaraq dərimiz zərər görür. Çünkü dərinin Ph səviyyəsi 5,5 , suların Ph səviyyəsi 9-9,5 ola bilir bu da cildə zərər verir. Buna görə də özünüzə uyğun bir tonik alın və onu mütləq istifadə edin.

Gecə və gündüz kremlərinin fərqli olması lazımdır deyə düşünməyin , çünki əgər dəri probleminiz yoxsa dəri tipinizə uyğun kremi gecə də, gündüz də istifadə edə bilərsiniz.

Məhsul istifadə edərkən çox istifadənin yaxşı olduğunu düşünməyin, lazım olduğu qədər məhsul istifadə edin, yoxsa çoxu dəridə yığılır və məsamələri tıxayır.

Vazelin və körpə yağının yaxşı bir nəmləndirici olduğu da səhv , körpə yağı körpələrin nəmli dərisinə sürtülüb nəmi həbs funksiyası görər, quru dəriyə sürsəniz nəm istehsalını durdurar. Əgər dəriniz çox qurudursa hovuza və dənizə girmədən əvvəl nəmləndirici üzərinə vazelin istifadə edə bilərsiniz. Əks təqdirdə vazelin de dərinin nəm çıxarmasına mane olar.

Göz kremi bütün göz ətrafına çəkilir sanırsınız , amma göz kremi bütün göz ətrafı üçünsə axşamları bütün göz ətrafınıza tətbiq edin, deyilsə bütün göz çevrənizə çəkdiyinizdə şiş gözlərə sahib olarsınız. Ayrıca göz kremini gündüzləri sadəcə gözünüzün altına çəkin yoxsa göz makiyajınızın xətt -xətt görünməsinə səbəb olarsınız.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 640
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri