İnsan həftədə neçə dəfə duş qəbul etməli?!

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 3 759
Səs ver:
(səs: 0)
Bir çox insan hər gün duş qəbul etməyi təmizlik və sağlamlıq baxımından çox mühüm olduğunu düşünə bilər, amma alimlərin bu məsələyə münasibəti heç dətəxmin etdiyimiz kimi deyil. İki dermotoloqun apardığı araşdırma nəticəsində, insanların həddindən artıq duş qəbul etdiklərini müəyyənləşdirib. Nyu-Yorkdakı Mount Sinai xəstəxanasında professorun köməkçisi işləyən doktor Coşua Zeykner hesab edir ki, tez-tez aldığımız duş və bədən qoxusu kimi bildiyimiz məsələ, əvvəllər sosial amillər tərəfindən müəyyən edilmiş bir illüziyadır. Digər bir dermatoloq doktor Ranella Herş isə doktor Zeyknerin haqlı olduğunu bildirib: "İnsanlar hesab edirlər ki, həddindən artıq çox duş qəbuletməlidir və buna ictimai baxımdan diqqət etməyimiz çox mühümdür. Bu ideyanın sosial amilırdən qaynaqlandığını dərk etməliyik". Hər iki dermatoloq, xüsusilə isti su ilə tez-tez duş qəbul etməyi dəridə quruma və narahatlıqların yaranmasına səbəb ola biləcəyini deyir. Bununla yanaşı, dərimizdə olan "yaxşı xasiyyətli bakteriyalar" ölə bilər və bu xəstəliklərə qarşı dərimizin daha həssas və müdafiəsiz vəziyyətə gəlməsinə səbəb ola bilər. Hər iki həkim, xüsusən bu məsələyə diqqəti yönəldib: "Uşaqlarınızı hər gün yuyundurmayın, çünki bu onlara xeyirdən çox zərər verəcək. Əgər uşaqlar kiçik yaşdan etibarən bakteriyalara məruz qalmazlarsa, yaşları artdıqca dəriləri daha həssas olacaq. Mövcud olduğunuz vəziyyət və gündəlik fəaliyyətləriniz tez-tez duş qəbul etməyi lazım olması məsələsində sizi könülsüzlüyə istiqamətləndirə bilər, amma hər gün duş qəbul etmək həkimlərin tövsiyə etdiyi bir hərəkət deyil. Əgər hər gün tərləmənizə səbəb olan biriş və ya fəaliyyət görməmisinizsə, onda iki gündən, hətta üç gündən bir duş almanız tövsiyə olunur. Bu vəziyyət sizi çox narahat edəcəksə, orqanizminizin tər qoxusu yaradan bölgələrini sabunla və ya təmizləyici dəsmallarla təmizləyə bilərsiniz. Bununla da həm pis qoxulardan, həm də tər səbəbilə formalaşacaq bakteriyalardan xilas ola bilərsiniz. Həkimlərin vurğuladığı başqa bir məsələ də var: "Alt paltarınızı dəyişdirmək üçünduş qəbul etməyi gözləməyin. Duş alsanızda, almasanızda eybi yoxdur, hərgün alt paltarınızı dəyişin".
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 759
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri