Dərini ağardır, nəmləndirir, təmizləyir – POMİDOR MASKASI

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 4 325
Səs ver:
(səs: 1)
Pomidor qida rasionumuzda yer alan ən faydalı tərəvəzlərdən biridir. Amma o həm də gözəlliyiniz üçün əhəmiyyətli bir qaynaqdır.
Qadınla.Com bildirir ki, son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır.
Həmçinin maska halına gətirmədən dəriyə sürtmək də inanılmaz yaxşı nəticə verir.Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Tərkibində olan bol miqdarda C və E vitamini dəriyə fayda verir.

Qışda quruyan dərini nəmləndirir
Pomidor quru dərini nəmləndirir, yağlı dərinin nəm səviyyəsini saxlayır və hamar bir dəriyə sahib olmağı təmin edir.

Günəş ləkələrini aparır
Pomidor günəşin ultrabənövşəyi şüalarından qorumağa, dəridə yaranan günəş ləkələrini aparmağa kömək olur.

Sızanaqları yox edir
Pomidorun tərkibində salisilik turşusu var. Bu turşu dəridə olan sızanaqların yox olmasınakömək edir.

Dərini ağardır
Tərkibində olan faydalı turşular dəri rəngini açır və dərini ağartmağa kömək edir.Pomidoru iki yerə bölüb, üzərinə limon duzu səpin və dərinizin üzərində gəzdirin. Bu, həm məsamələri daraldar, həm də dərinizi ölü hüceyrələrdən təmizləyər.

Dəri ağartmaq üçün maska:
Bir ədəd pomidoru rəndələyin. İçərisinə bir az un əlavə edin. Xəmir halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzdə 5 dəqiqə saxladıqdan sonra yuyun.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri