Üz nayihəsində qara nöqtələr

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 837
Səs ver:
(səs: 0)
Qara nöqtələri necə yox etmək olar? Qara nöqtələr üçün evdə tətbiq edə biləcəyimiz vasitələr varmı?
Xüsusilə burunda və üzünyağlı bölgələrində əmələ gələn qara nöqtələr artdıqca daha aydın nəzərə çarpır. Xoşagəlməz mənzərə ortaya çıxdığı üçün insanlar müxtəlif maskalarla bununn qarşısını almağa çalışırlar.

Qara nöqtələrin yaranmasına necə əngəl ola bilərik?
Qara nöqtələr birdən-birə ortaya çıxmır. Buna görə də birdən-birə yox olmasını gözləməyə dəyməz. Bunun üçün səbirli olmalı, qara nöqtələr yaranmadan dərini təmiz saxlamaq lazımdır.Qara nöqtələrin əmələ gəlməsinin qarşısını almaq üçün apteklərdə müxtəlif təmizlik vasitələri satılır. Bu vasitələr dərinizi daha dərindən təmizləməyə, qara nöqtələrin yaranmamasına kömək ola bilər.

Yağlı dərilərdə bu problem daha qabarıq hiss edilir.Qara nöqtələri əlinizlə sıxaraq təmizləməyə çalışmayın. Bu məsamələrdəki hüceyrələrin zərər çəkməsinə səbəb olur və iz qalır. Üzdə əmələ gələn çuxurlu ləkələrin çoxu sızanaq və qara nöqtələrin sıxılmasından qaynaqlanır.

Bunun üçün üzünüzü ilıq su ilə nəmləndirin və daha sonra qara nöqtələr üçün olan
burunn bandları ilə təmizləməyə çalışın.

Bir şey də unutmaq lazım deyil ki, qara nöqtələri bir dəfəyə təmizləmək mümkün deyil. Davamlı olaraq təmizlik işlərini yerinə yetirmək lazımdır

Qara nöqtələr üçün buxar vannası
Qara nöqtələri təmizləyən ən yaxşı üsullardan biri buxar vannasıdır. Bir qazana su töküb qızdırın və üzünüzü qazandan çıxan buxara tutun. Buxar dərinizə nüfuz etdikcə yumşalacaq və məsamələr boşaldığı üçünyağ və toksinlər çölə atılır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 837
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri