Perekis - üz dərisini əla təmizləyən UCUZ VASİTƏ

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 6 993
Səs ver:
(səs: 1)
Təmiz və gözəl dəri hər qadının arzusudur. Bəzən çox ucuz və əlçatan vasitələrdən istifadə etməklə dərinin vəziyyətini xeyli yaxşılaşdırmaq mümkündür.

Belə vasitələrdən biri "perekis"dir.
Hidrogen peroksidi (el arasında -"perekis") kosmetologiyada geniş istifadə olunur. Antiseptik təsirə malik olan perekis həqiqətən dərini yaxşı təmizləyir və ağardır, qızartını, civzə və sızanaqları yox edir.Lakin bu vasitədən ehtiyatla istifadə etmək lazımdır. Düzgün istifadə etmədikdə və ya çox tez-tez istifadə etdikdə perekis dərini qurudur, qabıq verməyə gətirib çıxardır.Bu səbəbdən dərinyə ziyan vurmamaq üçün perekisdən istifadə etdikdə bu qaydalara əməl edin:

- yalnız 3%-lik perekisdən istifadə edin.

- istifadə etdikdən əvvəl test edin

- perekisi dərinin görünməyən hissəsinə (məsələn, qulağın arxasına) çəkin və bir qədər gözləyin. Dəri qızararsa, səpərsə,istifadə etməyin.

- perekis bütün üz dərisinə deyil, yalnız səpgilərn üzərinə çəkilir. Perekisi pambıq diskə hopdurub sızanaqlar və civzələrin üzərinə çəkin.

- perekisi hər gün və uzun müddət ərzində istifadə etməyin.

- dəriniz quru və həssas, allergiyaya meyillidirsə, perekisdən istifadə etməyin.

- perekis selikli qişlara və gözlərə düşməməlidir.Perekis həmçinin müxtəlif ağardıcı və təmizləyici maskaların tərkibində də istifadə olunur. Məsələn, gil + perekis, kəsmik + perekis və s.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 993
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri