15 dəqiqədə dərini ağardan süd maskası

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 916
Səs ver:
(səs: 0)
Dəri bütün bədəni örtən ən böyük orqandır və məntiqlidir ki, o, ətraf mühitin mənfi təsirinə daha çox məruz qalır. Buna görə dəriyə düzgün qulluq etmək lazımdır.

İnqrediyentlər:
2 xörək qaşığı yağsız süd
1 xörək qarğıdalı və ya buğda unu
Yarım limon şirəsi

Hazırlanması:
İnqrediyentləri yüngül ağ məcun olana kimi qarışdırın.

Tətbiqi:
Unutmayın ki, üzə limon çəkdikdən sonra küçəyə çıxmaq olmaz. Çünki bu, ləkə yarada bilər. Ona görə də maskanı yatmazdan 30 dəqiqə əvvəl etmək tövsiyə olunur.

Üzünüzü yuduqdan sonra maskanı masaj hərəkətləri ilə sürtün. 15 dəqiqədən, yaxud da maska quruduqdan sonra üzünüzü yaxalayın. Ehtiyatlı olun ki, maska gözə dəyməsin, çünki limon qıcıq yarada bilər. Əgər maskanı əllərinizlə çəksəniz, əvvəlcə onları yaxşı-yaxşı yumağı unutmayın, axı üz dərisi çox həssasdır. Siz makiyaj fırçasından da istifadə edə bilərsiniz.

Həftədə bir dəfə proseduru yerinə yetirsəniz, istədiyiniz nəticəni əldə edəcəksiniz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 916
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri