Üzünüzün gözəlliyi üçün maskalar

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 2 253
Səs ver:
(səs: 0)
Parlaq və gözəl görünüşlü dəriyə sahib olmaq hər qadının istəyidir. Evdə asanca tapa biləcəyiniz vəsaitlərlə üz dərinizi gözəlləşdirə bilərsiniz.

Qadınla.com maskalardan bir neçəsini təqdim edir:

Nəmləndirici maska
Tərkibi:
Yumurta sarısı
Süd

Hazırlanması:
Bir qabda yumurta sarısı və bir qaşıq südü qarışdırın. Bu qarışığı üzünüzə tətbiq edin, üzərini incə bir bezlə örtərək 15 dəqiqə gözləyin. Ardından kağız dəsmalla silərək təmizləyin. Daha sonra sırasıyla, ilıq və soyuq suyla üzünüzü yuyun. Həftədə bir dəfə istifadə edə bilərsiniz.

Qara nöqtələr üçün maska
Tərkibi:
Limon suyu
Qatıq

hazırlanması:
Bir kasa qatığa bir limonun suyunu qarışdırın. Bu qarışığı gözlərinə gəlməməsinə diqqət yetirərək üzünüzə tətbiq edin və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq suyla yuyaraq çıxarın.

Qırışlara qarşı maska
Tərkibi:
Qaymaq
Alma

Hazırlanması:
Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və üç qaşıq qaymağı mikserlə bir neçə dəqiqə qarışdırmanız kafi. Qarışığı dərinizə yaydıqdan sonra təmiz bir bezlə üzünüzü bağlayın. Təxminən on dəqiqə gözlədikdən sonra maskanı silin və üzünüzü ilıq suyla təmizləyin.

Yağlı dərilər üçün maska
Tərkibi:
Ba
Süd
Limon suyu

Hazırlanması:
Bir fincan içində bir qaşıq balı, bir qaşıq limon suyunu və konsistensiyanın tündlüyünü pozmayacaq miqdarda südü qarışdırın. Qarışığı üzünüzə və boyunuza tətbiq edin və yüngülcə quruyana qədər gözləyin. Maskanı nəmli bir süngər köməyiylə silərək təmizləyin.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri