Dərimizi məhv edən... su

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 1 836
Səs ver:
(səs: 0)
Yaşın artması, qidalanma, sinir sisteminin vəziyyəti dərinin yağlılıq dərərcəsinin dəyişməsinə təsir edən əsas amillərdəndir.
Dəniz mövsümünün də yaxınlaşdığını nəzərə alsaq, quru dəriyə sahib insanlar daha diqqətliolmalıdırlar.
Belə ki, normal yağ ifrazının pozulması dərinin vəziyyətinə mənfi təsir göstərir. Bu zaman dərinin elastikliyi azalırvə çatlar əmələ gəlir.
Günəş şüalarına, küləyə, yuxarı və ya aşağı temperaturlara qarşı həssaslığı artır, qıcıqlanır, qırmızıləkələrlə örtülür.

Qadınla.Com bildirir ki, kosmetoloq Aida Məmmədovanın sözlərinə görə, dərinin qurumasına mədə-bağırsaq funksiyalarının pozulması, orqanizmə lazım olan vitaminlərin çatışmazlığı və hətta bəzi vacib elemetlərin ümumiyyətlə mövcud olmaması, daxili sekresiya vəzilərinin fəaliyyətini dəyişməsi kimi amillər də səbəb ola bilər:
"Bir sıra xarici amillər - günəş, külək, dəniz suyu, isti soba yanında iş dərinin quruluğunu artırır. Bunun qarşısını almaq üçün dəriyə düzgün gigiyenik qulluğun qaydalarını bilmək lazımdır. Məsələn, küçəyə çıxmazdan əvvəl üzü su ilə yumaq,tərkibində spirt olan kosmetik vasitələrdən, pudralardan, ağardıcı mazlardan istifadə etməkbu cür dəri üçün yol verilməzdir".
Mütəxəssis, quru dəriyə sahib şəxslərin ən çox etdiyi səhvlərdən birinin üzlərini yuduğu su ilə əlaqədardır.
Həkimin sözlərinə görə, kran suyu ilə üzü yumaq düzgün deyil:
"Quru dərini yay aylarında sərin, qış aylarında isə otaq temperaturunda olmaqla, ancaq içməli və ya mineral su ilə, ən pis halda isə qaynadılmış su ilə yumaq lazımdır. Soyuq, isti, cod su quru dəri üçün mütləq əks göstəriş sayılır. Qulluq zamanı sabunlardan da istifadə edilməməlidir. Quru dərini təmizləmək üçün məhz bu növ dəritipləri üçün nəzərdə tutulmuş təmizləyici vasitələrdən ("Penka" və s.) istifadə etmək lazımdır.
Bu vasitələr demək olar ki köpüklənmir və onlardan istifadədən sonra üz dərisinin dartılması hissiyyatı baş vermir".
Mütəxəssis qıcıqlanmaya və qızarmağa meylli olan dərilər üçünhazırlanan xüsusi preparatlarla təmizləməyi tövsiyə edib:
"Dərini təmizlədikdən sonra toniklə silin və yüngül gündüz kremi çəkin. Nazik qatla dəriyə çəkdikdən 20 dəqiqə sonra kremin qalıqlarını yumşaq salfetlə silin. Həmçinin yay aylarında da günəş şüalarından qoruyucu kremlərdən istifadə mütləqdir".
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri