Günəş vannasının dəriyə müsbət və mənfi təsiri

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 1 738
Səs ver:
(səs: 0)
Havalar istiləşdikcə çimərliyə üz tutanlar və günəş vannası qəbul edənlər çoxalır. Bütün canlılar üçün həyat mənbəyi olan günəş şüaları dəriyə dərindən təsir göstərəndə qan damarlarının genişlənməsinə və hərarətin artmasına səbəb olur. Nəticədə tərləmə yaranır ki, bu da bədənin toksinlərdən təmizlənməsi prosesidir. Bunda əlavə günəş işığı beynin hormonal funksiyalarının normal fəaliyyətinə də kömək edir.

Qadınla.com bildirir ki, günəş şüaları altında qaralmağın orqanizmə xeyri olsa da, onun ifrat dərəcədə qəbulu olduqca zərərlidir. Belə ki, bu şüaların təsiri bədəndə müxtəlif ləkə, səpgi, dermatoz və bir sıra digər dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Həkimlər günəş şüaları altında qaralma zamanı yol verilən səhvlər və qaydalara riayət olunmamasının bədəndə bir sıra fəsadlara, o cümlədən bədxassəli şişlərin yaranmasına da səbəb ola biləcəyini bildirirlər. Ona görə də günəş vannası müəyyən normalar daxildə qəbul edilməlidir.

Zərərli günəş şüalarından qorunmaq üçün bir sıra vacib məqamlara əməl olunmalıdır. Günəşin zenitdə olduğu ən isti saatlarda vanna qəbul etmək düzgün deyil. Yüngül günəş yanıqları zamanı xüsusi yağlar, məlhəmlər və kremlərdən istifadə etmək olar. Lakin gün yanığı dərinin daha dərin qatlarına təsir göstəribsə, bu zaman mütəxəssisə müraciət etmək mütləqdir. Çünki belə vəziyyətlərdə həkim yardımı olmadan müalicə ilə məşğul olmaq sonradan dəridə piqmentasiyaların əmələ gəlməsinə və iz qalmasına səbəb ola bilər.

Qeyd edək ki, qaydalara uyğun olaraq günəş şüasi qəbul edilməsi dəridə olan bir sıra problemlərin aradan qalxmasına kömək edir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri