Ev şəraitində üzə qulluq üçün maskalar

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 3 675
Səs ver:
(səs: 0)
Üz dərinizin gözəlliyi üçün mütləq bahalı kosmetik vasitələrə və prosedurlara ehtiyac yoxdur. Buna ev şəraitində adi məhsullar vasitəsi ilə hazırlanan maskalarla nail ola bilərsiniz. Lakin unutmayın ki, ciddi və davamlı problemləriniz varsa, mütləq müvafiq həkimə müraciət edin. O, lazımi analiz və müayinə nəticəsində problemlərin səbəbini aşkar edəcək və düzgün müalicə təyin edəcəkdir.
Əgər heç bir ciddi problemləriniz yoxdursa, aşağıdakı maskalardan istifadə edəbilərsiniz.

Evinizdə banan olduqda botoksa ehtiyac qalmayacaq. Siz bananı təbii nəmləndirici maska kimi istifadə edə bilərsiniz. O, sizin dərinizi nəmləndirib yumşaqlıq hissi yaradacaq. Orta ölçülü yetişmiş bananı yaxşı əzib püre şəklinə gətirin,sonra isə üz və boynunuza yaxın.
Üzünüzdə 10-20 dəqiqə ərzində saxlayın, sonra soyuq su ilə yuyun.Banan ilə daha bir məşhur üz maskası resepti: ¼ fincan yoqurt, 2 xörək qaşığı bal (bal akne ilə mübarizədə təbii müalicə vasitəsidir) və bir orta banan.

Soyuducunuzda yumurtalı mayonez varsa, bahalı kremlərə vəsait xərcləməyə gərək yoxdur. Üz dərinizə ev şəraitində düzəldilmiş maska ilə qulluq edə bilərsiniz.
Ehtiyatla mayonezi üzünüzə yayın və 20 dəqiqəyə yaxın saxlayın. Sonra üzünüzü soyuq su ilə yuyun. Maska üzünüzü təmiz yə yumşaq edəcəkdir.

Sirkəninüz üçün tonik kimi istifadəsi hələ Troya kraliçası Yelenanın vaxtından gəlir və hal-hazırda da gündəmdədir.
Üzünüzü yuduqdan sonra 1 xörək qaşığı alma sirkəsini 2 fincan su ilə qarışdırıb üzünüzü alınmış mayə ilə silin.
Bu sizin üzünüzü təmizləyib dərinizi elastik edəcəkdir.
Siz həmçinin ¼ fincan alma sirkəsini ¼ fincan su ilə qarışdırmaqla ev şəraitində üz üçün maska düzəldə bilərsiniz.
Alınmış mayeni üzünüzə yaxıb qurumasını gözləyin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 675
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri