Yağlı dəri - üstünlüklər və çatışmazlıqlar

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 1 681
Səs ver:
(səs: 0)
Yağlı dəri - anomaliya və ya xəstəlik deyil, bədən və ya göz quruluşu kimi valideynlərimizdən bizə keçmiş genetik faktdır. Lakin ona mütəmadi və düzgün qulluq etsəniz heç bir problem yaratmayacaq.
Üstünlüklər: Gənclik illərində yağlı dəri kimi heç nə əhvalımızı pozmur. Üzdəki daimi yağlı parıltı heç də cəlbedici görünmür, lakin 30 yaşdan sonra bütün yağlı dəri sahiblərinin əziyyətləri üstünlüyə çevriləcək. Dəri piyi onu susuzluqdan qoruyur və onun elastikliyini saxlayır. Ona görə də yağlı dərisi olan qadınlarda qırışlar xeyli gec və az sayda əmələ gəlirlər.

Qüsurlar
: Yağlı dəri daha kobud və solğun görünür. Yağlı dərisi olanlar üzdə qara nöqtələrin əmələ gəlməsindən, genişlənmiş məsamələrdən, səpgilərdən və hər cür dəri xəstəliklərindən daha çox əziyyət çəkirlər.

#1 Yuyunma
Yuyunma vasitələrinin seçilməsinə ciddi diqqət yetirin, daha yaxşısı isə xüsusi olaraq yağlı dəri üçün hazırlanmış losyonlardan istifadə edin. Yalnız ilıq su ilə yuyunun. Qaynar su dərini qurudacaq, soyuq su isə istədiyiniz nəticəni verməyəcək. Heç vaxt adi sabunla yuyunmayın. O nəinki dərinizi təmizləməyəcək, həm də daha ox dəri piyinin ayrılmasına səbəb olacaq. İndi yuyunma üçün salfetlər və köpüklər daha çox populyarlaşırlar. Bu kosmetik vasitələr qarşıya qoyulmuş məqsədin öhdəsindən əla gəlirlər.

#2 Pilinq
Biz tez-tez pilinqi yaddan çıxarırıq, o isə dərinin təmizlənməsində əsas mərhələlərdən biridir. Onun sayəsində dərinin səthindəki ölü hüceyrələrin aradan qaldırılır, yığılan çirk təmizlənir, sızanaqlar, piy artıqları götürülür və məsamələr daralır. Yağlı dərinin pilinqini həftədə 2-3 dəfə həyata keçirmək və yaxud bu proseduru üzün gündəlik gellərlə və eksfoliantlı losyonlarla yuyulması ilə əvəz etmək lazımdır.

#3 Maska
Həftədə bir dəfə dərini xüsusi olaraq yağlı dəri üçün hazırlanmış maskaların (qara maskadan istifadə etmək olar) köməyi ilə təmizləyin. Əgər maskadan istifadə etmək üçün hələ çox gənc olduğunuzu düşünürsünüzsə, onda yanılırsınızı. Vxt itirmədən onlardan birini alın və nəticə özünü çox gözlətməyəcək.

#4 Nəmləndirmə
Nəmləndirmə dərini susuzluqdan və erkən qocalmadan qoruyur. Nəmləndirmə üçün yağlı dəri üçün yağlardan və ya nəmləndirici yağlı olmayan kremdən istifadə edin. Əsas əndazəni aşmamaqdır. Yddan çıxarmayın ki, yağlı dərinin həddindən çox nəmlənməyə ehtiyacı yoxdur!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 681
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri