Üzdə piy vəzləri (LİPOMA) nədən əmələ gəlir və müalicəsi varmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 29 902
Səs ver:
(səs: 0)
Orqanizmdə əmələ gələn piy vəzinin nə kimi amillərdən meydana gəldiyi tam olaraq bilinmir. Bəs piy vəzi nədir və müalicəsi varmı? Bax, bədənin hər yerində ortaya çıxa biləcək yağ düyümləri haqqında bilinməsi lazım olanları Qadinla.com-un bu məqaləsində öyrənə bilərsiz.

Daha çox göz altı və göz qapağında olmaqla bədənin digər bölgələrində də çıxan piy düyümləri, hər hansı bir problemi təşkil etməyən yaxşı xasiyyətli kütlələrdir. Ancaq, hər nə qədər əhəmiyyətli bir xəstəlik əlaməti olmasa da görünüşləri olduqca narahat edicidir.

PİY VƏZİNİN ƏLAMƏTLƏRİ NƏLƏRDİR?

Yağ düyümləri, sinirlər üzərində təzyiq göstərdiyinə görə o bölgədə ağrıyla birlikdə özünü göstərməyə başlayır. Yaş irəlilədikcə saç dərisində və ya xüsusi regionlarda görünən lipomalar, iltihab düşdüyü zaman qızartı, yara və pis iyli axıntı ola bilər.

LİPOMALAR XƏRÇƏNGƏ ÇEVRİLƏ BİLƏRMİ?

Yaxşı xasiyyətli şişlər olduqlarından xərçəng riski yoxdur. Ancaq bu vəziyyət piy vəzlərinin təhlükəli olmadığı mənasına gəlməz. Yağ düyümləri ciddi dəri deformasiyasına səbəbiyyət verə bilər. Estetik baxımdan xoş olmayan bu lipomalar irəliləyən zamanda bədəndən xaric olunanda çuxurlara səbəb olur.

LİPOMA NECƏ KEÇİR?

Bəzi insanlar piy vəzlərindən bir an əvvəl xilas olmaq üçün sıxmaya, ya da sivri bir cisim ilə partlatmağa cəhd edir. Halbuki, bu üsul evdə öz-özünə keçirildiyi zaman çox təhlükəli bir üsuldur və mütləq həkim nəzarətində aparılması lazımdır.

Hər gün 2 və ya 3 dəfə dəsmalı isti su ilə isladaraq vəz ibarət olan bölgədə 30 dəqiqə ərzində saxlanılmalıdır. Bundan başqa, bədəninizi gigiyenik saxlamağa diqqət göstərməlisiniz.

Qalıcı bir çözüm üçün yağ alma əməliyyatı ilə, bu vəzlərdən xilas ola bilərsiz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 29 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri