Bahasına pullar xərcləmədən qızıl maskanı evdə özünüz hazırlayın

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 8 041
Səs ver:
(səs: 0)
Bu gün Qadinla.com oxucuları üçün gözəlliyin yeni trendi olan və bir çox qadının işinə yarayan olan bu qızıl maskalar olduqca populyar olmasının yanında bir o qədər də bahalı! Ancaq bununda praktik yolunu tapdıq və bu maskalardan məhrum qalmamaq üçün praktik bir şəkildə necə qızıl maska edilir ki, sizlər üçün hazırladıq.

Bahasına pullar xərcləmədən qızıl maskanı evdə özünüz hazırlayın

Günəş ləkələri, dəri ləkələri və dəridəki kiçik qızarıqları anında yox edən və dəriyə parlaqlıq verən qızıl maskaların faydaları saymaqla bitmir. Ancaq olduqca bahalı olan bu maskalar hər bir qadının istədiyi ancaq tətbiqini çox etmədiyi bir xidmət növüdür. Qızıl maskalar dəri sıxlaşdıraraq daha gənc bir görünüş əldə etməyə yardımçı olur, cildinizdə olan incə cizgi və qırışları yox etməyə yardımçı olur.



Dəri rəngini açmağa yardımçı olan qızıl maskalar ilə daha parlaq cildə sahib olursunuz. Eyni zamanda, dərinizin ehtiyacı olan rütubət nisbətini tarazlaşdıraraq dəri quruluşunuzu qoruyur. Ancaq adətən gözəllik salonlarında aparılan və olduqca yüksək büdcə lazım olan bu maskaları sizdə evinizdə rahat edə bilərsiz.

Lazım olanlar:

1 yemək qaşığı qızıl tozu və su.

Necə hazırlanır və tətbiq olunur?



Aktarlardan və ya keyfiyyətli kosmetik məhsulları satılan dükanlardan qızıl tozunu tapa bilərsiz. Qızıl tozundan 1 yemək qaşığı bir kasanın içərisinə qoyun, daha sonra göz qərarı məcun konsistensiya gələcək şəkildə su əlavə edin və qarışdırın.
Daha sonra dərinizə hazırladığınız maskanı tətbiq edin və qurumağını gözləyin. Bunun üçün müəyyən bir vaxt ayırıb maskanın cildinizdə kuruduğuna əmin olana qədər gözlədin, daha sonra yavaş və diqqətli bir şəkildə maskanı dərinizə çıxararaq ilıq su yardımı ilə yaxalaya bilərsiz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 8 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri