Cəmi iki təbii inqrediyentlə qırışları aradan qaldırın - Hər dəriüçün effektli maska

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 183
Səs ver:
(səs: 0)
30 yaşdan sonra hər bir qadının dərisi xüsusi qulluğa ehtiyac duyur. Onu hər gün nəmləndirmək, qidalandırmaq və elastikliyini qorumaq lazımdır. Məhz sonuncu etmək çox çətindir.

Qadınla.Com bu yazıda oxucuları bahalı kremlərə pul xərcələmədən dərinin elastikliyini bərpa edən və qırışları aradan qaldıran səmərəli ev maskası ilə tanış edib.
Qırışları xeyli azaltmaq üçün iki sadə komponentlərdən ibarət maska kömək edəcək.
Hər dəri üçün effektli maska resepti

1. Yumurta ağı
Yumurta ağı dəri üçün çox faydalıdır və odərini dartmaq funksiyasına malikdir.

2. Təzə xiyar.
Bu tərəvəz dərinin regenerasiyasına kömək edir. Xiyar antioksidantlarla, qırışlara səbəb olan sərbəst radikalları məhv edən K və C vitaminləri ilə də zəngindir.

Hazırlanması:
Xiyarı təmizləyib iki hissəyə bölün. Birini blenderdən keçirib püre halına gətirin. Suyunu süzüb yumurta ağı ilə yaxşıca qarışdırın.
Maskanı üzün liftinqə (dartılma) ehtiyacı olan hissələrə sürtün.
15 dəqiqəsaxlayın və sonra yuyun. Effektli nəticə üçün həftədə iki dəfə tətbiq edin.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 183
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri