Parlaq və sağlam dəriyə qovuşmaq hər bir qadının arzusudur.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 472
Səs ver:
(səs: 0)
Qadinla.com xarici mediaya istinadən ev şəraitində hazırlaya biləcəyiniz hər növ dəriyə uyğun meyvə maskalarını təqdim edir:

Banan maskası - Əzilmiş bir banan, 2 xörək qaşığı yulaf unu və 1 xörək qaşığı gül suyunu qarışdırın. Üz və boyun nayihənizə sürtün. 15-20 dəqiqədən sonra təmiz dəsmalla silin və ilıq su ilə yuyun.

Limon maskası – 2 xörək qaşığı un, 2 limon suyu və 2 yumurta ağını qarışdırın və nəmli üzünüzə çəkin. 20 dəqiqədən sonra maskanı yuyun və üzünüzə mütləq nəmləndirici krem sürtün.

Çiyələk maskası - 1 çay qaşığı ərinmiş kərə yağını əzilmiş çiyələk püresi ilə qarışdırın və üzünüzə sürtün. 10 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Bu, əsasən dərisi quru olanlar üçün daha məsləhətdir.

Kivi maskası - 1 yumurta sarısını bir xörək qaşığı kivi suyu və bir xörək qaşığı zeytun yağı ilə qarışdırın. Hazırlanmış maskanı üzünüzə çəkin. 10-15 dəqiqədən sonra nəmli əski ilə maskanı silin.

Naringi maskası – Bir naringinin suyunu bir yumurta sarısı ilə qarışdırın və yarım saata kimi üzünüzdə saxlayın. Daha sonra soyuq su ilə yuyun.

Ananas maskası – 3 xörək qaşığı zeytun yağını 2 çay qaşığı miqdarında blendrdan əzilmiş ananasla qarışdırın. Daha sonra üzünüzə çəkərək 15 dəqiqə gözləyin. Sonda ilıq su ilə yaxalayın.

Bal, portağal və banan maskası – bir bananın yarısını yarım xörək qaşığı bal və 1 xörək qaşığı poratğal suyu ilə qarışdırın. Göz nahiyənizdən başqa üzünüzün digər hissələrinə çəkin. 15 dəqiqə saxladıqdan sonra bir dəfə isti su, bir dəfə soyuq su olmaqla yuyun və dəsmalla qurulayın. Sonra nəmləndirici krem çəkin.

Alma maskası – 2 almanı püre halına salın, üzərinə 1 çay qaşığı Jojoba yağı əlavə edib qarışdırın. Daha sonra üzünüzə çəkərək 10 dəqiqə gözləyin və yuyun. Bu, əsasən quru dərilər üçün nəzərdə tutulub. Yağlı dərilər isə 2 püre halında olan almanı bir yumurta sarısı ilə qarışdırıb istifadə etməlidir.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 472
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aziz a
Olmazki gedib gelib bu meyveleri yeyesen ele 122ziyan olmasınlar...
26 oktyabr 2018 23:49
4
...
Online
BARBI
Bezen edirem.Daimi maska eden deyilem
26 oktyabr 2018 14:07
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
❤Ə❤CANAN❤G❤
Maraqli maskalardi.aama eden deyilem
26 oktyabr 2018 13:04
2
canan qizim sirin seker qizim.
Offline
vipbetul
maraqli maskalardir
26 oktyabr 2018 12:37
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri