Qara nöqtələr və sızanaqlardan azad olun

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 136
Səs ver:
(səs: 0)
Bir çoxları üz dərisindəki sızanaqlardan və qara nöqtələrdən əziyyət çəkir.

Qadınla.Com ev şəraitində hazırlaya biləcəyiniz və sizi dəri problemlərindən xilas edəcək maskalar təqdim edir:

Sızanaqlar üçün krem:

4 armudu stəkan gül suyu
2 ədəd alma
2 xörək qaşığı razyana
2 xörək qaşığı doğranmış cəfəri
2,5 xörək qaşığı arpa unu
3 yumurtanın ağı“Lanolin” 1 çay qaşığı

Hazırlanması:
Qabda su qaynadın, üzərinə bir qab qoyun. İçərisinə gül suyu, alma, razyana, kərəviz və arpa ununu töküb qarışdırın. Buxar üstündə qaynayan qarışıq qatı hala gələndə üzərinə yumurtanı, lanolini tökün. Krem halına gələnə qədər qarışdırın. Kremi soyuducuda saxlayın. Üzünüzdə sızanaqlar olanda istifadə edin.

Portağallı maska1
ədəd portağal
1 çay qaşığı qabartma tozu

Hazırlanması:
Portağalın qabıqlarını əvvəlcə sürtgəcdən keçirin, sonra krem halına gələnə qədər əzin. Üzərinə qabartma tozu töküb, sızanaq olan hissəyə sürtün.30 dəqiqə saxladıqdan sonra yuyun.

Qara nöqtələr üçün maska
1 ədəd heyvanın tumu
1 çay qaşığı kirşan

Hazırlanması:
Heyva tumlarının üzərinə bir az su töküb qaynadın. Suyu 1 gün saxladıqdan sonra üzərinə kirşan töküb üzünüzə çəkin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri