Məsamələri sıxlaşdıran praktik maskalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 353
Səs ver:
(səs: 0)
Sağlam və parıltılı bir dəri üçün zamanla tıxanan məsamələri təmizləməlisiz. Sizlər üçün çox praktik 3 müxtəlif təbii maska tərifini araşdırdıq. Məsamələri təmizləyən və sıxlaşdıran 3 müxtəlif təbii maska tərifini Qadinla.com sizə təqdim edir.

Pis hava şəraiti, həddən artıq makiyaj və ətirlər məsamələrin zəifləməsinə səbəb ola bilər. Məsamələrin zamanla qara nöqtələrə çevrilməsini əngəlləmək üçün, təbii maska təriflərini təcrübədən keşirə bilərsiz. Sizlər üçün həm məsamələri təmizləyən həm də sıxlaşdıran fərqli maska təriflərini araşdırdıq.

Məsamələri sıxlaşdıran 3 fərqli maska tərifi:

KARBONAT MASKASI

3 yemək qaşığı su
2 yemək qaşığı karbonat

Karbonatı suyun içində əridin və üzünüzə sürtün. Dərinizə masaj edərək 1 dəqiqə ərzində gözlədin. Daha sonra soyuq su ilə yaxalayın.

YUMURTA AĞI MASKASI

1 ədəd yumurtanın ağı
2 çay qaşığı limon suyu

İki inqridienti sürətli qarışdırın. Və üzünüzə sürtün. 10 dəqiqə gözlətdikdən sonra soyaraq dərinizdən təmizləyin. Son olaraq ilıq su ilə yaxalayın.

ŞƏKƏR MASKASI

2 yemək qaşığı şəkər tozu
1 yemək qaşığı zeytun yağı
3 damcı limon suyu

Bütün materialları bir kasada qarışdırın və 10 dəqiqə ərzində cildinizdə gözlədin. Soyuq su ilə dərinizi yaxalaya bilərsiz.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 353
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri