Göz altı qırışların qarşısını necə almaq olar?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 325
Səs ver:
(səs: 0)
Göz altı qırışları, qadınların ən böyük problemlərindən biridir. Hətta bir çox qadın göz ətrafı qırışları bəlli olmağa başlayanda bu vəziyyəti, bir faciə kimi səciyyələndirə bilir.

Bu gözəlliyə verdiyimiz əhəmiyyətdənmi irəli gəlir, yoxsa dərimizin artıq dəyişdiyi həqiqəti ilə üzləşə istəmirikmi?

Amma göz altı qırışları biz qadınların kefini həddindən artıq çox pozur!
Göz bölgəsi dərisinin son dərəcə həssas olması səbəbindən, labüd olaraq hər bir insanın üzləşəcəyi göz altı qırışlarını gecikdirmək üçün nələr edə bilərsiniz?
Göz altı bölgənizdə həssas toxunuşlar etməyiniz lazım olduğu və ya dəri maskalarının göz altı bölgəsinə tətbiq olunmamasına qarşı xəbərdarlıqlar boşuna deyil! Makiyajı təmizləyərkən, göz kremini tətbiq edərkən göz altlarına üzük barmağınızla yüngül toxunuşlar edin. Xüsusilə 30-lu yaşlardan etibarən göz altı kremləri ilə göz altı bölgənizi ən azından axşam yatarkən nəmləndirin. Bu bölgənin qurumasına icazə verməyin. Mütəmadi olaraq dəri qulluğunuz qədər göz altı baxımınıza da diqqət göstərin.

Göz altına qarşı xüsusilə makiyaj təmizləmə zamanı sərt davranar, bu bölgəni dartaraq, istədiyiniz şəkildə təmizliyərsinizsə göz altı qırışlarına şərait yaratmış olarsınız.

Stressdən uzaq yaşamağa çalışın.Sadəcə göz altlarınız üçün deyil, bütün dəri və bədən sağlamlığınız üçün stress, ən mənfi şərait yaradır. Həyatınızda stress yaradan vəziyyətləri və həll yollarını yaxşı analiz edin. Mümkün olduqca nizamlı olaraq yatın. Göz altı şişlərinə səbəb olan xroniki yorğunluq, xroniki yuxusuzluq kimi amillər qarşısında bir həkimə müraciət etməyiniz məsləhətlidir.

Əgər siqaret çəkirsinizsə təcili tərgidin.Çünki siqaret dəri sağlamlığınızı təhdid edərək, dəri qırışları ilə tez qocalmağa qapı aralar və dişləriniz sararmasına yol açaraq gözəlliyinizi əlinizdən alar. Göz altı qırışlarını gecikdirmək və ilk qırışları azaldıb, dərin cizgilərini çevrilmələrinin qarşısını almaq üçün xiyar və çiyələk ilə olduqca təsirli təbii maskalar edə bilərsiniz. Bir dilim xiyar və bir dilim çiyələyi yaxşıca əzin. Bu qarışığa bir çay qaşığı hindistan qozu yağını əlavə edərək, maska göz altınıza üzük barmaqlarınızla çox yüngül toxunuşlar tətbiq edərək yedirdin və yarım saat sonra maskanı dərinizdən təmizləyin. Sonra göz altı nəmləndiricini tətbiq edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri