Qəhvə skrabı

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 1 775
Səs ver:
(səs: 0)
Çoxlu pul xərcləmədən, mətbəxinizdəki ərzaqlardan istifadə edərək hamar üz dərisinə sahib olmaq istəyirsiniz? Əgər cavabınız “hə”dirsə o zaman xəbərin davamını oxuyun.

Ehtiyacınız olan ərzaqlar:
1 yemək qaşığı qəhvə qalığı
1 yemək qaşığı yulaf
1 yemək qaşığı bal
1 və ya 2 çimdik darçın

Antioksidantlarla zəngin qəhvə, ölü dərilərdən təmizləyən yulaf, sivilcələrlə mübarizə aparan bal və üz dərisini təravətləndirən darçın bir araya gələn maskanın nəticəsini siz özünüz düşünün. Bu qarışığı krem halına gətirin. Gözətrafını saxlamaq şərtilə üzünüzə sürtün. 20 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Əgər bədəniniz üçün istifadə eləmək istəyirsinizsə tərkibindəki ərzaqları 2 qat çox istifadə edin.

Ancaq bu maska hər kəs üçün deyil, xüsusilə də həssas dəriyə sahib olanlara. Sizə uyğun olub-olmadığını yoxlamaq üçün qarışıqdan bir az dərinizə sürtərək yoxlaya bilərsiniz. Dəriniz çox həssasdırsa darçını maskanın içinə qatmaya bilərsiniz. Təsiri isə eyni olacaq.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 775
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri