Parlaq və gözəl dəri üçün mükəmməl vasitəni özünüz hazırlayın

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 483
Səs ver:
(səs: 0)
Dərini qidalandırmaq və qocalmasının qarşısını almaq üçün müxtəlif kremlər var. Bunların necə hazırlandığından məlumatımız yoxdur. Sizlərə daha effektli və ucuz başa gələn, ev şəraitində hazırlanması mümkün olan krem reseptini təqdim etmək istəyirik. Kremdən hazırlayıb üzünüzə sürtün və effektini 2 həftə ərzində görün!

Lazım olanlar:

* zeytun və ya badam yağı – 1 xörək qaşığı
* yumurta sarısı – 1 ədəd
* bal – 1 çay qaşığı
* vazilen – 2 çay qaşığı

Hazırlanması:
2 çay qaşığı vazilen mikrodanğalı sobada 20 saniyə isidilir. Sonra vazilenə bal, yumurta sarısı və zeytun yağı əlavə edilib qarışdırılır. Qarışım kiçik qapaqlı qaba qoyulur və soyuducuda saxlanılır. Kremi üzə barmaqların ucu ilə massaj edilərək sürtülür və ən azı 30 dəqiqə saxlanılır. Sonra ilıq su ilə yuyulub təmizlənir. Krem üzə hər gün sürtülməli və ən azı 1 saat saxlanılmalıdır. Kremi yatmazan 2 saat əvvəl çəkilməsi məsləhətdir. Belə ki, krem maskanı yuduqdan sonra yatdıqda dəri daha çox dincəlməş olur. Maskadan gündə 2 dəfə də istifadə edə bilərsiniz. Bir həftə istifadə etsəniz dərinizdə baş verən dəyişikliyi aşkar görəcəksiniz.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 483
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri