Məşhurların gözaltı torbaları yox etmək üçün istifadə etdiyi ideal vasitələr

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 4 233
Səs ver:
(səs: 0)
Gözaltı torbalar xanımların ən böyük gözəllik problemi olmağa davam edir. Bəzən yuxusuzluq və bir çox səbəblərə bağlı olaraq daha da şişən gözaltı torbaları hər hansı bir kosmetik vasitə ilə örtmək mümkün olsada, o, həmişə yaxşı nəticə vermir.

İlk öncə onu vurğulamaq lazımdır ki, bu gözaltı torbaları ev şəraitində – düzgün vasitələrlə və məşqlərlə aradan götürmək olar.

Həm də bu gözaltı torbalar sizdə hansısa xəstəliyin göstəricisi də ola bilər. Bu, daha çox böyrək xəstəliyinin və ginekoloji bir xəstəliyin göstəricisi sayılır. Göz altı torbalar bəzən qidalanmadan da qaynaqlanır.

Bəzi məşhur modellərin göz altındakı torbalardan qurtulmaq üçün istifadə etdiyi metodlar:

Nefrit silindrləri

Bir çox gözəllik prosedurlarında, masaj üçün nefrit silindrlərin faydalarını çox qiymətləndirirlər: məsələn, Lea Michelle onları gözün şişkinliyini aradan qaldırmaq üçün ən yaxşı vasitə kimi tanıdır. Yusif Scriver da səhərini nefrit silindr olmadan təsəvvür edə bilmədiyini deyir.

Bu cür silindrlərin köməyi ilə lenfatik drenaj masajını həyata keçirir, qan dövranını yaxşılaşdırır və göz altındaki, torbaları aradan qaldırır. Qədim dövrdən bəri nefrit bir şəfa daşı hesab olunur: onun şəfa və sakitləşdirici xüsusiyyətləri müasir elmi sübutlarla təsdiq edilmişdir

Əyər sizin Victoria Secret modelləri kimi xüsusi qaşığa bənzər alətləriniz yoxdursa, siz onu asanlıqla adi çay qaşığı və ya desert qaşıqları ilə əvəz edə bilərsiniz. Göz altı gözəl dəriyə sahib olmaq üçün bu sadə bir üsul həqiqətən təsirlidir.

Bu “nənə” üsulunu Amerikaya aktrisa Karruche Tran sevdirib. Vacib görüşunuzdən bir gündən əvvəl, soyuducuya bir neçə qaşıq qoyun. Üzünüzü təmizlədikdən və nəmləndirdikdən sonra, bir neçə dəqiqə ərzində qaşıqları göz altında ki torba üzərində saxlayın və onları göz torbalarınıza mümkün qədər sıx qoyun.

Suşidən və duzlu qidalardan imtina
Natasha Poly’nin sözlərinə görə, gecə üçün soya sousu ilə suşi yemək məsləhət deyil. Onun sözlərinə görə, bu yemək növbəti səhər gözaltı torbalara səbəb olacaq.

Ümumiyyətlə, duzlu qidalar və alkoqol, təravətli bir görünüşün düşmənləridir.

Meydana gəlmiş göz torbalarını yox etmək üçün, buz kompresi tətbiq edə bilərsiniz. Buz parçalarını gözaltlarına tutaraq sürətli bir şəkildə dağılmasını təmin etmək mümkündür. Bu tətbiq təxminən 10-15 dəqiqə içində təsirini göstərməkdədir

Hər kəsə məlum olan, xiyar və ya kartof tətbiqindən də yan keçməyək, onlar çox faydalıdır. Soyuq halda gözünüzün üzərində 10-15 dəqiqə saxlamaq kifayətdir. Gözlərinizdəki yorğunluğu götürərək torbaların yox olmasını təmin edən bu qidalar olduqca faydalıdır.

Göz altı torbalara qarşı mübarizədə sizə çay paketləri kömək ola bilər. Soyuq olan qara çay ya da çobanyastığı çayına batıracağınız pambıqların köməyi ilə tətbiq edəcəyiniz bu üsulla olduqca uğurlu nəticə əldə etmək mümkündür.

Quş peyini maskası
Victoria Beckham və onun həyat yoldaşı David, gözü şişkinliyini aradan qaldırmaq üçün bu vasitəni istifadə etdiyini gizlətmədilər. “Geyşa maskası” – bu prosedurun adıdır və bu maskanın adından asanlıqla təxmin etmək olur ki, Yaponiyadan gəlir. Kompozisiya əzilmiş sərçə nəcisindən hazırlanır: ona görə də üzün dərisinə cavanlaşdırıcı, nəmləndirici və təravətləndirici təsir edir və göz altındakı torbalar möcüzəvi şəkildə yox olur.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 233
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri