Dabanları sarımsaqla ovsanız...

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 096
Səs ver:
(səs: 0)
Dünyanın ən faydalı bitkisivə ya təbii antibiotiki kimi tanınan sarımsağı dabanlara sürtmək xeyirlidir.

Qadınla.Com oxucuları sarımsağın başqa bir möcüzəvi xüsusiyyəti ilə tanışedir.

Dabanları 30 dəqiqə sarımsaqilə ovduqdan sonra dadını və qoxusunu ağzınızda hiss edəcəksiniz. Bu, sarımsağın mexaniki təsiri zamanı allisin maddəsinin sürətlə qana keçməsi hesabına baş verir. Allisin hüceyrə pərdələrinə nüfuz edir, qan dövranı yolu ilə gəzir və dad tumurcuqlarına çatır. Sarımsaq yedikdən sonra sadəcə ağızdan deyil, bütün bədəndən kəskin qoxu gəlməsinin səbəbi də budur. Çünki qoxu qanda həll edilir.
Bu da o deməkdir ki, dabanları sarımsaqla ovduğunuz zaman onun faydalı xassələri qana keçərək orqanizmi xəstəliklərdən müdafiə edir. Odur ki, dabanı sarımsaqla ovmaq soyuqdəyməsi olan uşaqlara xüsusilə faydalıdır.

Soğan və sarımsaq ehtiva etdiyi antioksidantlar sayəsində həm sinir sistemini, həm də immunitet sistemini gücləndirir. Odur ki, soğan və sarımsaq əsrlərdir alternativ təbabət üsulu kimi istifadə edilir.

"Healthy Food Style" jurnalında çıxan xəbərə əsasən, gündə 6 diş közlənmiş sarımsaq yemək bədəni gücləndirir. Aparılan araşdırmalar nəticəsində gündə 6 diş közlənmiş sarımsaq yedikdən 24 saatda bədəndə meydana gələn dəyişikliklər açıqlanıb.

4-6 saat sonra:
Metabolizm sürətlənir. Artıq yağlar yanmağa və zəhərli mayelər bədəndən atılmağa başlayır.

6-10 saat sonra:
Sarımsaqda olan maddələr hüceyrə səviyyəsində orqanizmi müdafiə edib bədəni oksidləşmədən qoruyur.

10-24 saat sonra:
Xolesterini nizama salır.Damarları təmizləyir və ürək xəstəliklərin qarşısını alır.
Təzyiqi tənzimləyir.
Sinir sistemini gücləndirir.
Bədənə ağır metalların daxil olması əngəlləyir.
Sümükləri və oynaqları gücləndirir.
Yorğunluq hissini azaldır.
Hüceyrələrin ömrünü uzadır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 096
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri