30 yaşdan sonra dəriyə parlaqlıq qazandırmağın YOLLARI

Müəllif: Onun_Mələyi
Şərhlər: 0
Baxılıb: 2 879
Səs ver:
(səs: 0)
Dərinizin 20 yaşınızda olduğu kimi parlaq və gənc görünməyini istəyirsiniz?

Qadınla.com 30 yaşdan sonra lazım olan qulluq qaydaları barədə yazınıtəqdim edir.

30 yaşdan sonra dərimizdə dədəyişikliklər başlayır. 35 yaşdan sonra isə hər il keçdikcə həssaslaşan dərimizi sağlam saxlamaq üçün bunları etməliyik.

1. qayda: Dərini nəmləndirmək
Stabil nəmləndirmə dəriyə qulluğun qızıl qaydalarındandır. Dərinizin gəncliyini, elastikliyini və sağlamlığını qorumaq üçün əsas addım keyfiyyətli nəmləndirici kremdən istifadəetməkdir. Dəri növünüzə ən uyğun məhsulu tapdıqdan sonra, dərinizin nəm balansınıqorumaq üçün gün ərzində 2-3 dəfə istifadə edin. Bundanəlavə dərinizin içəridən də nəmlənməsi üçün bol miqdarda su içməyi də unutmayın.

2. Dəriyə qulluq üçün ən uyğun vaxtın yuxu saatından əvvəl olduğunu unutmayın!Araşdırmalara görə, dəri dəriyə qulluq məhsullarının içindəki aktiv maddələri biz yuxuda olarkən özünə daha çox sovurur. Buna görə də ən yaşxı qulluq vaxtı yatmazdan əvvəl sayılır. İlk olaraq üzünüzü su ilə yaxşıca təmizləyin. Ardından tonika iləcanlandıraraq gecə kreminizi çəkin.

3. Hər mövsümdə günəşdən qorunun!
Dərinizin yaşlı görünməsinin ən vacib səbələrindən biri də piqment ləkələrdir. Ləkələrin qarşısını almaq üçün sadəcə yaz və yayda deyil, ilboyu günəş şüalarından qorumaq lazımdır. Gün kremləri günəşin zərərli UV şüalarının dərimizə hopması və hüceyrələrə zərər verməsinin qarşısını alır. Gün kremlərinin müntəzəm istifadəsi sadəcə qırışların və ağrıverən günəş yanıqlarının görünməsinin qarşısını almaqla yanaşı bizi dəri xərçəngindən də qoruyur.

4. Ruhunuzu da qidalandırın!
Yaşadığımız psixoloji vəziyyətlər, stress də dərimizdə xoşagəlməz izlər buraxır. Gün ortasında bir müddət istirahət etmək ruhumuzu dincəldəcək və rahatlaşmağımıza kömək edəcək. Mütəxəssislərin fikrincə, meditasiya yaşlanmailə mübarizədə bu günə qədərən güclü ayin sayılır. Qırışsız, gənc və parlaq görünən bir dəriyə sahib olmaq istəyirsinizsə, hər gün özünüzə zaman ayıraraq meditasiya etməyə çalışın.

5. Şəkərdən uzaq durun!
Həddən artıq şəkər qəbul etmək erkən qocalmaya səbəb ola bilər. Yüksək səviyyədə şəkər və sadə karbohidratlarla (xəmir yeməkləri, şirniyyat və.s) zəngin qidalar qanda insulin səviyyəsini artırır. Qan dövranındakı şəkər molekulları kollagen və elastinin ifrazı lifləri kimi proteinlərə yapışaraq zamanla dərimizin elastikliyiniitirməsinə səbəb olur. Bu da dərimizin sürətlə qocalmasına, qırışlara və piqment ləkələrinin yaranmasına səbəb olur. Şəkərdən uzaq durmağınız sizin sürətli maddələr mübadiləsinə və gözəl dəriyə sahib olmağınıza kömək edəcək.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri