Qırışlardan və ölü dəridən azad olun-maskalar

Müəllif: Gülşən
Şərhlər: 2
Baxılıb: 3 395
Səs ver:
(səs: 0)
Əllər insan vücudunda ən tez zərər görən və yaşı bəlli edən orqandır. Xüsusilə, 25 yaşdan sonra qırışan əllər qocalığın əlamətləri kimi qəbul edilir.

Nizamlı şəkildə qidalanmamaq və dəriyə kifyaət qədər qulluq etməmək əllərin nəmini itirməsinə və qurumasına səbəb olur.

Əllərinizin təravətini geri qaytaracaq 3 maska

1. Avokado və banan maskası

Yarım banan
Xəfif sərt bir ədəd avokado
Yumurta ağı

Avokadonun lətini çıxarın və yumurta ağı ilə qarışdırın. Daha sonra banana əlavə edin. Hazırladığınız qarışığı boynunuza, üzünüzə və əllərinizə çəkin. 25 dəqiqədən sonra soyuq su ilə yuyun. Prosesi həftədə 3 dəfə təkrar edin. Bu maska dərini qidalandıracaq. Zədələri bərpa edəcək. Dəriniz dərin qatlarına qədər yenilənəcək.

2. Darçın və Hindistan qozu yağı

1 yemək qaşığı zeytun və ya Hindistan qozu yağı
2 yemək qaşığı qəhvəyi şəkər
Üyüdülmüş darçın

Bütün məhsulları yaxşıca qarışdırın və əllərinizə yedirin. Arzu etsəniz, üzə və boyuna da çəkə bilərsiniz. Nazik çəkməyə diqqət edin və cildinizə zərər verməyin. 5-7 dəqiqə masaj etdikdən sonra yuyun. Təbii müalicənin vazkeçilməz məhsulu olan darçın əllərin dərisini yeniləyəcək və Hindistan qozu yağı nəmləndirəcək.

3. Qatıq, bal və banan maskası

Yarım banan
Yarım kasa qatıq
1 yemək qaşığı bal
2 yemək qaşığı portağal suyu

Çəngəl köməyilə bananı əzin və yumşalana qədər qarışdırın. Daha sonra bütün məhsulları içinə əlavə edin. Qarışımı üzünüzə də dərinizə çəkmədən əvvəl yaxşıca yuyunun və maskanı çəkib 20 dəqiqə gözləyin. Daha sonra isti su ilə yuyun. Həftədə 3 dəfə təkrar edin. Bu maska dərinin pH səviyyəsini qoruyacaq. Qırışları aradan qaldıracaq.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri