Üz dərisini təravətləndirən sadə maskalar

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 3 621
Səs ver:
(səs: 1)
İşləyən qadın ağır iş rejimindən sonra özünə vaxt ayırmağa tənbəllik etdiyi üçün bədənlə birgə üz dərisi də yorğun olur. 

Qadınla.Com vaxtınızı çox almadan üz üçün hazırlanan 3 asan maskanı təqdim edirik:

hazırlanan üz üçün maska vaxtımızı almadan dərimiz üçün çox gözəl qida olacaq.

1. Bir orta ölçüdə kartof bişirilir (qabıqda), təmizlənir və yaxşı əzilir. Kütləyə 1 yumurta sarısını və 2 xörək qaşığı ilıq süd əlavə edin, yaxşı qarışdırın və ilıq şəkildə üzünüzə çəkin. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq su ilə yuyun.

2. Bərabər miqdarda limon suyu, kök suyu və qatığı qarışdırın üz dərinizə çəkib 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə üzünüzü yuyun.

3. Bir ədəd orta boy kartof, 1 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı zeytun yağı götürün. Kartofu rəndələyib üzərinə alma sirkəsi və zeytun yağı əlavə edib qarışdırın. Qarışığı üzünüzə çəkib 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 621
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri