Ərincək qadınlara dəriyə qulluq üçün 10 tövsiyə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 3381
Səs ver:
(səs: 0)
Təmiz və parlaq dəri hər bir qadının arzusudur. Hamar dəri sağlam orqanizmin işarəsidir. Ancaq hər qadının dəriyə qulluq etməyə çox zamanı olmur. Bu halları nəzərə alaraq sizinlə az vaxt tələb edən, hər zaman edə biləcəyiniz tövsiyələri paylaşırıq.

Dərinizi təmiz saxlayın

Ən asan dəri təmizləmə üsulu axtarırsınız? Hər gün üz yuyucusu ilə üzünüzü yuyun. Makiyajı və buna bənzər hər hansı məhsulu üzünüzdə saxlamayın. Vaxtdan asılı olmayaraq üzünüzü təmiz saxlayın.

Bol su için

Bu sözləri yəqin ki, çox eşitmisiniz. Bəli, bu dəri üçün vacib məsələdir. Unutmayın, su yalnız dəri üçün deyil, bütün orqanizm üçün faydalıdır. Su toksinləri çıxararaq təmiz və hamar dəriyə sahib olmağınıza kömək edir. Digər növ təbii meyvə şirələri də içməyə çalışın, vücudunuzu daim nəmləndirin.

Tərəvəz yeyin

Rasionunuza çox tərəvəz əlavə edin. Kahı, yerkökü, kələm, xiyar və s. bu kimi tərəvəzlər bədəni qidalandırır və dərini nəmləndirir. Dadını yaxşılaşdırmaq üçün hazırladığınız tərəvəz salatına az miqdarda zeytun yağı və limon suyu qata bilərsiniz. Mümkün qədər çox tərəvəz yeməyə çalışın, təsirini tez bir zamanda görəcəksiniz.

Bir neçə qurtum çay için

Bədəni gün ərzində tam nəmləndirmək üçün maye qəbulu əhəmiyyətlidir, ancaq sudan əlavə, bitki çayları da içməyinizdə fayda var. Çayınıza zəncəfil və limon əlavə etsəniz daha yaxşı olar. Bütün bunlar həzmi yaxşılaşdırır, bu sizin dərinizin canlı və parlaq olması üçün vacibdir.

Yuxu rejiminizə diqqət edin

Gözaltı üçün çox pul xərcləyib bahalı konsiler ala bilərsiniz, ya da hər gecə vaxtı-vaxtında yatmalısınız. Biz ikincisini tövsiyə edirik. Yuxunun necə vacib olduğunu hamımız bilirik. Göz ətrafındakı qara kölgələrin yaranmasının qarşısını alır, dərini sağlam edir. Yuxu həm də sizin formada qalmağınıza kömək edir.

Meditasiya ilə məşğul olun

Həm zehni, həm də emosional stressin yüksək olması dərini zədələyən səbəblərdən biridir. Stress dəridəki şirələri yox edir və bu dərini susuz qoyur, nəticədə səpgilər yaranır, lakin meditasiya və dərin nəfəsalma ilə əsəbin öhdəsindən rahatlıqla gələ bilərsiniz.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3381
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Ays
Sitat: Aniya
Ən asan dəri təmizləmə üsulu axtarırsınız? Hər gün üz yuyucusu ilə üzünüzü yuyun. Makiyajı və buna bənzər hər hansı məhsulu üzünüzdə saxlamayın.

Həə adi su ilə və yaxud limonlu su ilə yuyub nəmləndirici istifadə olunsa yaxşıdır

Bir şeyidə deyim mən istifadə edirəm. Perekis varya tibbdə istifadə edilən məhlul gündə 2 dəfə onla üzümüzü silsəz sızanaq ləkələrini,üzdəki qaraltıları aparır
3 aprel 2020 21:28
9
Offline
Aniya
Ən asan dəri təmizləmə üsulu axtarırsınız? Hər gün üz yuyucusu ilə üzünüzü yuyun. Makiyajı və buna bənzər hər hansı məhsulu üzünüzdə saxlamayın.
30 mart 2020 23:54
8
Offline
tatyana
Arzu'm derini temiz saxlamaga ne erinceklik?) mence hamı derisini hergün yuyur temizleyir, bol su ve yuxu rejimi dogurdanda deriye tesir edir
27 mart 2020 13:29
7
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Səmra
Yuxu rejimimə diqqət edənəm.Su çox içirəm.Faydalı məlumatlardi təşəkkürlər
26 mart 2020 22:00
6
Offline
Gül.
Erincek qadin hec bunlari da etmez :)
26 mart 2020 07:57
5
Həyatda heç bir zaman başqasına bütün varlığınla güvənmə,çünki heç kim sənə bütün varlığı ilə görünməz!
Offline
_Tək_ İL_
Sitat: ❤Mələyim❤
Yuxu yoxdu tərəvəzlə aram yox hə ancaq çay su çox içirəm

Hələ çay da sevmirəm. Ancaq su içirəm.
26 mart 2020 00:09
4
Şirin
Offline
BARBI
Esas yuxu ve qidalanma rejimi onemlidir
25 mart 2020 23:41
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
❤Mələyim❤
Yuxu yoxdu tərəvəzlə aram yox hə ancaq çay su çox içirəm
25 mart 2020 20:19
2
Offline
kivircik
Qeyd olunanlarinin demek olar ki,hamisina emel eliyirem,hessas derim olduguna gore makyajda chox saxlaya bilmirem. Su ,chay,terevez vazgechilmezlerimdi, yuxu ile de bagli mashAllah olsun hech problemim yoxdu)))Stressden uzagam shukur. Faydali meslehetler uchun teshekkurler Arzu baci❤
25 mart 2020 19:07
1
Az shikayet,chox shukur- seni mutluluga goturur!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri