Dərini erkən qocaldan səbəblər

Müəllif: my_angel
Şərhlər: 3
Baxılıb: 1959
Səs ver:
(səs: 0)
Bir sıra xarici amillər və düzgün qulluq göstərilməsi dərinin vaxtından əvvəl qocalmasına səbəb olur. Həmin prosesi tamamilə dayandırmaq mümkün olmasa da, ləngitmək olar.

Həkim-dermatoloq Solmaz Orucovanın dediyinə görə, mütəmadi spirt qəbulu, günəşin zərərli şüaları dərini qocaldır və bunun qarşısını almaq üçün bəzi vərdişlərdən uzaq durmaq lazımdır: "Makiyajı silmədən yatmaq dəriyə vurulan ən böyük zərbələrdən biridir. Gün ərzində dəri məsamələrində makiyaj və çirk qalıqları yığılaraq incə xətlər yaradır. Ona görə də hər gecə üzü dəri tipinə uyğun vasitələrlə təmizləmək və sonra nəmləndirici krem tətbiq etmək lazımdır.

Dəridə qırışların erkən yaranmaması üçün qidalanma da mühüm şərtdir. Çox şəkərli və duzlu qidaların qəbulu kilo almaqla yanaşı, dərinin erkən yaşlanmasına da səbəb olur. Günəşin zərərli şüalarının dəridə pozulmalar əmələ gətirməməsi və kollagenlərin zərər görməməsi üçün bayıra çıxanda günəş kremindən istifadə etmək məsləhətdir".

Onun dediyinə görə, yastıqda üzü üstə yatmaq dəridə qırışlar əmələ gətirir. Ona görə də kürəyi üstə və yan tərəfi üstə yatmaq daha düzgündür. Əsəb və stress də dərinin vaxtından əvvəl qocalmasına səbəb olan amillərdəndir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1959
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 80719
Xəbər sayı: 30
BARBI
Hmm makiyajla yatmaq cox zererlidir. Mutleq makiyaji silib nemlendirici vurmaliyiq
29 iyul 2020 09:34
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 521
Xəbər sayı: 0
Fulin
'Yastıqda üzü üstə yatmaq dəridə qırışlar əmələ gətirir.' - mən elə yatıram çox zaman,rahat oluram:) Faydalı xəbərdi.

Təşəkkür⭐
29 iyul 2020 00:31
2
'- Sıkılırsan güneşten,, gece oluruz erkenden ⭐
Şərh sayı: 6237
Xəbər sayı: 0
Cema_Axodova
Çoxlu mayedə dəriyə xeyirlidir
28 iyul 2020 23:05
1
p.s

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri