Yağlı dəriyə necə qulluq etməli?

Müəllif: Lalə B.
Şərhlər: 2
Baxılıb: 1 995
Səs ver:
(səs: 0)
Yağlı dəri piy vəzilərinin artmış piy ifrazı ilə xarakterizə olunur.
Yağlı dəri bir qədər qalın, məsaməli, solğun rəngli, komedon ve səpgili olur. Bu problemlərə görə yağlı dəriyə ev şəraitində və professional qulluq tələb olunur.
Dəri yağlılığının səbəbini bilmək üçün dermatoloq, endokrinoloq və kosmetoloqun konsultasiyası tələb olunur.
Piy vəzilərinin aktivliyindən asılı olaraq 4 dəri tipi ayırd edilir: normal, quru, yağlı və qarışıq dəri tipləri.
Yağlı dəri daha çox yayılmış və müxtəlif dermatoloji problemlər yaranan dəri tipidir. Məhz ona görə də yağlı dəri gündəlik düzgün qulluq tələb edir.
Çox vaxt yağlı dəriyə yeniyetmə və gənc yaşlarında rast gəlir, 25-30 yaşlarında keçir digər dəri tipinə. ­5-8% insanlarda isə dəri tipi yağlı olaraq qalır.
Yağlı dəridə olan piy vəzilərinin aktivliyinin yüksək olmasının səbəbi irsi, hormonal disbalans, düzgün qidalanmamaq və dəriyə düzgün qulluq olunmamasıdır.

Endokrin səbəblər çox vaxt cinsi yetişkinlik dövrü ilə əlaqədar ola bilir. Belə ki, bu vaxt testosteron yüksəlir ki, bu da piy vəzilərinin ölçüsünün böyüməsi və piy ifrazının artmasına səbəb olur. Qadınlarda uzun müddət kontraseptiv preparatların sistemsiz qəbulu, yumurtalıqların polikistozunda müşahidə oluna bilər.
Alimentar səbəblərdən isə çox yağlı və ədviyyatlı qidalar, fastfud, şirniyyat, alkoqol səbəb ola bilər.
Yağlı dəri sahiblərinin ən birinci səhvi çox aktiv şəkildə spirt tərkibli kosmetik vasitələrdən istifadə etmələridir.
Requlyar olaraq losyonlarla dərini yağsızlaşdırmaq problemi daha da dərinləşdirir. Çünki buna cavab olaraq epidermisin üst lipid təbəqəsini təmizlədikcə o daha çox piy ifraz etməyə başlayır. Düzgün olmayan krem və üzə qulluq vasitələri dəridə piy ifrazını artıra bilər.
Xarici görünüşcə yağlı dəri parıltılı, rəngi solğun, geniş məsaməli olur. Yağlı dəriyə makiyaj pis oturur, tonal krem və kirşan müvəqqəti olaraq dəri yağlılığını götürə bilir.

Yağlı parıltıdan və genişlənmiş məsamələrdən başqa yağlı dəridə komedonlar, miliumlar və akne yarana bilir.
Yağlı dərinin üstün cəhətləri də vardır.
Belə ki, yağlı dəri ətraf mühitin neqativ təsirlərinə daha davamlı olur, həssaslıq daha az olur, fotoqocalmaya daha az məruz qalır, elastikliyini uzun müddət saxlayır və bu tip dəridə digər dəri tiplərinə nisbətən qırışlar daha gec əmələ gəlir.
Yağlı dəriyə qulluq ilk novbədə aqressiv təsirli, tərkibində spirt olan vasitələrin kənarlaşdırılmasıdır. Dekorativ kosmetika gecə üzdə saxlanılmamalıdır. Qidalanmaya diqqət edilməli çox ədviyyatlı, yağlı qidalar, şirniyyat az qəbul edilməlidir.

Üzə qulluq prosesi professional şəraitdə dəriyə lazım olan prosedurlardan və ev qulluğundan ibarətdir.
Ev qulluğunda əsas dərinin təmizlənməsi, nəmləndirilmə və qidalandırmadır. Gündə 2 dəfə səhər və axşam dəri üz yuma vasitəsilə yuyulmalıdır. Üz yuma vasitəsi gel və köpük şəklində ola bilər. Üz yuma zamanı isti sudan istifadə edilməməlidir, çünki yağlılığı artıra bilir. Həftədə 1-2 dəfə skrab istifadə edilə bilər. Həftədə 1 dəfə gil tərkibli maskalar etmək məsləhətdir. Üz yuduqdan sonra dəri toniklə silinməlidir. Sonda isə dəri tipinə uyğun krem istifadə olunmalıdır.
Professional qulluq prosedurlarından pilinq, karbon pilinqi məsləhət görülür.
Yağlı dəri daim qulluq tələb edən dəri tipidir. Əks halda artmış piy ifrazı dəridə yenilənmə və regenerasiya proseslərini zəiflədir.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri