İlk iş günü təravətli görünmək üçün nə etməli?

Müəllif: Lalə B.
Şərhlər: 3
Baxılıb: 2 049
Səs ver:
(səs: 0)
Həftənin ilk iş günü dəyişik, təravətli görünmək üçün özünüzə qulluq edin. Bunun üçün bazar günü 1 saatınızı ayırıb, dəriniz üçün xeyirli maskalar hazırlayın. Beləliklə, xarici KİV-ə istinadən sizi gözəl göstərəcək 5 əsas üsulu təqdim edirik:

1. Kartoflu cəfəri maskası
Kartofu sürtgəcdən keçirib, içərisinə xırda doğranmış cəfəri əlavə edin. Soyuducuda 2 saat saxladıqdan sonra üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

2. Kosmetik qalıqları təmizləyəcək maska
Kosmetikanı sildiyin salfeti soyuducuya qoyun. 2 saat saxladıqdan sonra soyuq salfetləri üzünüzə düzün. 15-20 dəqiqə saxladıqdan sonra üzünüzü həmin salfetlərlə silin.

3. Özünümassaj
Barmaqlarınla üzünüzü massaj edin. Massaja yanaqlarının altından başlayın. Çalışın ki, massaj edərkən dərinizi yuxarı doğru dartın. Bunu 15 dəqiqə davam etdirin.

4. Soyuq qaşıqlar
Çay qaşığını soyuducunun buz yerinə qoyun. Axşam yatmazdan əvvəl qaşığı gözünüzün altına qoyun və hərarəti dəyişənə qədər saxlayın. Bu qara kölgənin getməsinə kömək olacaq.

5. Çaylı kompres
Axşamdan dəmlənmiş çayı tənzifin arasına töküb, soyuducuda saxlayın. Səhər üzünü yuduqdan sonra onunla silib işə yollanın.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 049
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri