Evdə möhtəşəm görünməyin kiçik sirləri

Müəllif: Lalə B.
Şərhlər: 0
Baxılıb: 3 441
Səs ver:
(səs: 0)
Bildiyiniz kimi, ölkənin bir sıra şəhər və rayonlarında sərtləşdirilmiş karantin rejimi yenidən qüvvəyə minib. Bütün vaxtımızı evdə keçirmək hər nə qədər sıxıcı görünsə də, bunu fürsətə çevirmək öz əlimizdədir. Karantin rejimi ev şəraitində özünə qulluq üçün də yaxşı bir fürsətdir.
Bəzi xanımlar "özünə qulluq" dedikdə makiyaj etməyi nəzərdə tutsa da, heç də elə deyil.

Beləliklə, evdə möhtəşəm görünməyin kiçik sirlərini sizə təqdim edirik:
Qadınların davamlı etməli olduğu qulluq üsulları var. Bunlara üzə və saça qulluq, manikür, pedikür daxildir.
Mükəmməl və selulitsiz vücuda sahib olmaq istəyirsinizsə, duşa girməzdən öncə bədəninizi fırçalayın. Bu qan dövranınızı sürətləndirib, dərinizi daha canlı göstərəcək.
Adətən, gərgin iş rejimi ilə bağlı olaraq bir çoxumuz ayağa qulluğu unuduruq. Qidalandırıcı, yaxud nəmləndirici tərkibli kremi topuqlardan barmaq uclarına qədər çəkib, üzərinə də yun corab geyinərək həm ayaq dərinizin yumşaldılmasına, həm də pedikürünüzün daha qalıcı olmasına şərait yarada bilərsiniz.
Evdə möhtəşəm görünməyin kiçik sirləriÜz dərinizi yaxşıca təmizləyib qan dövranını sürətləndirərək ona canlılıq bəxş edə bilərsiniz. Bunun üçün ilıq suyun içinə bir qədər efir yağı əlavə edib qarışdırın. Əldə olunan məhlulu üzünüzə sürtün, sonra dəsmal ilə dərinizə basdırın.
Cildi gözəlləşdirməyin bir digər yolu isə maskadır. Gil tərkibli maskalar gözənəkləri açmağa və dərini aydınlatmağa xidmət edir. Quru dərilər üçün isə, əsasən tərkibində nəmləndiricilər olan maskalara üstünlük verə bilərsiniz.

Evdə möhtəşəm görünməyin kiçik sirləriSaçlar hər gün toz, kir, qızmar günəş şüası, külək və bu kimi digər ətraf mühitin mənfi təsirlərinə məruz qalır. Bundan əlavə, saçlarınızı formaya salmaq üçün istifadə olunan fenlər onlara olduqca mənfi təsir göstərir. Karantin günləri onları parlaq və canlı etmək üçün yaxşı bir fürsətdir. Bunun üçün yumurta və bal tərkibli maskalar etməyiniz tövsiyə olunur.
Evdə möhtəşəm görünməyin kiçik sirləriƏllərin dərisində qoruyucu hidrolipid qatı az olduğundan onlar daha tez qocalır. Yaşlanmanı yavaşlatmaq üçün quru dərili əllərə nəm maskalar etmək məqsədə uyğundur. Yatmazdan öncə bal və yumurta sarısından hazırlanmış qatışığı əllərinizə sürtün.
Evdə möhtəşəm görünməyin kiçik sirləriMütəxəssislər bu müddətdə mümkün qədər stressdən uzaq qalmağı və yuxu rejiminizə xüsusi diqqət etməyi də məsləhət görür.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri