Sızanaqlara son

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 014
Səs ver:
(səs: 4)
Sızanaqlar demək olar ki, xanımların bir çoxunun ən ciddi problemlərindən biridir. Sızanaqlardan canımızı qurtarmaq isə o qədər də asan deyil. Bunun üçün bizə faydalı məlumatlar lazımdır. Bunlardan bir neçəsini sizə təqdim edirik.
Bildiyimiz kimi, sızanaqları tam və daxildən müalicə etmək lazımdır. Bunun üçün isə təbii vasitələrdən istifadə etmək daha məqsədə uyğun olar. Sızanaqlar həm də işlətdiyimiz kosmetikalar vasitəsilə də rahatca yayıla bilir. Buna görə də işlətdiyimiz kosmetik vasitələri diqqətlə seçməliyik.

Maska:
1 xörək qaşığı çobanyastığı (quru)
1 çay qaşığı adaçayı (quru)
1 çay qaşığı gicitkən otu (quru)
1 çay qaşığı zeytun yağı
1 çay qaşığı sirkə

Hazırlanma və istifadə qaydası:
Bitkiləri iri fincana töküb üstünə qaynar su alın və ağzını örtün. 15-20 dəqiqə sonra həmin bitkilərin suyunu süzün. Süzdükdən sonra tünd rəngli şüşə qaba tökün. Üzərinə zeytunla sirkəni əlavə edib yarım saat soyuducuda saxlayın. Soyuduqdan sonra alınan toniki təmiz dəriyə çəkə bilərik. Hər istifadədən sonra tonik soyuducuya qoyulur və soyuq halda dəriyə tətbiq edilir. Toniki dəridə 1 saat saxlamaq olar. Dərini ilıq su ilə yumaqla təmizləyə bilərsiniz. Bütün dəri növləri üçün tətbiq etmək olar.
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 6 014
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri